Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi

Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi — 17 iyul 1992-ci il tarixində Azərbaycan Respublikası Prezidentinin 54 saylı Fərmanı ilə yaradılan qurum.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi
Ümumi məlumatlar
Ölkə
Yaradılma tarixi 18 aprel 2001
Baş qərargah

Prezident İlham Əliyevin fərmanı ilə 2015-ci ildə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edilib.[1]

DTK 1996-cı ildən başlayaraq, əsası böyük Dövlət xadimi Heydər Əliyev tərəfindən hələ Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə rəhbərlik etdiyi dövrdə, yəni 1992-ci ildə Muxtar Respublikanın Julfa rayonunun Şurut və Gal kəndlərində qoyulmuş torpaq islahatlarının bütünlükdə respublika ərazisində həyata keçirilməsini icra etməyə başlamışdır. 2001-ci ildə ölkədə aparılan struktur islahatları çərçivəsində Dövlət Torpaq Komitəsi və Dövlət Geodeziya və Kartoqrafiya Komitəsi ləğv edilərək onların bazasında Azərbaycan Respublikası Prezidentinin 18 aprel 2001-ci il tarixli 460 nömrəli Fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi yaradılmışdır.

Komitə Dövlət torpaq kadastrı, torpaqların monitorinqi, geodeziya, topoqrafiya, xəritəçəkmə, qravimetriya, torpaq islahatı, torpaq ehtiyatlarından səmərəli istifadənin təşkili, torpaqların münbitliyinin bərpası və artırılması, torpaq-vətəndaş münasibətlərinin tənzimlənməsi, ərazi vahidlərinin müəyyən edilməsi, geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Bundan başqa Komitə qanunvericilikdə müəyyən edilmiş qaydada torpaq üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatının təşkili üçün texniki sənədləri hazırlayır, dövlət əhəmiyyətli coğrafi məlumat sistemlərinin yaradılması, ümumcoğrafi, torpaq, geobotaniki, siyasi-inzibati, elmi məlumat və digər sahələrarası mövzu xəritələrinin layihələşdirilməsini və nəşrini təmin edir.

Azərbaycan Respublikasının dövlət sərhədlərinin, o cümlədən sərhəd sularının və Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin delimitasiyası və demarkasiyası işlərini həyata keçirir.

Bu vaxtadək Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin həyata keçirdiyi başlıca işlərdən biri torpaq islahatları olmuşdur. Bu mərhələdə torpaq payı almaq hüququ olan 3 milyon 500 minə qədər subyektə torpaq payı verilmişdir. Vətəndaşların xüsusi mülkiyyətinə verilən torpaqlar naturada onlara tanıdılmış və mülkiyyət hüququnu təsdiq edən dövlət aktları ilə təmin edilmişdir.

Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində olmuş ABŞ, Kanada, Türkiyə, Yaponiya, Fransa, İsveçrə, Finlandiya, Almaniya, Hollandiya və s. kimi ölkələrdən gəlmiş mütəxəssislər Komitənin müasir avadanlıq və informasiya texnologiyası ilə təmin olunma səviyyəsini çox yüksək qiymətləndirirlər. Respublikamızda aparılan torpaq islahatları digər MDB ölkələrinin daima marağına səbəb olmuş, bu istiqamətdə Azərbaycanda torpaq islahatlarının aparılması prosesini əhatə edən hüquqi bazanın öyrənilməsinə maraq göstərilmiş və prosesin idarə edilməsi və həyata keçirilməsi mexanizmlərinə xüsusi diqqət yönəldilmişdir. Hazırda Ukrayna, Rusiya, Belorusiya, Qazaxıstan, Dağıstan, Tacikistan və s. kimi ölkələrin müvafiq qurumları ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi arasında sıx əməkdaşlıq mövcuddur.

Fəaliyyət istiqamətləri

[redaktə | mənbəni redaktə et]

Komitə ona həvalə olunmuş vəzifələrə uyğun olaraq aşağıdakı funksiyaları həyata keçirir:

Torpaq ehtiyatlarından səmərəli istifadə olunması və onların mühafizəsi, torpaqların münbitliyinin bərpası və artırılması, yerquruluşu, geodeziya, topoqrafiya və kartoqrafiya sahəsində dövlət proqramlarını hazırlayır və aidiyyəti orqanlarla birlikdə onları həyata keçirir;

Torpaqların eroziyadan, şorlaşma, şorakətləşmə və müxtəlif antropogen və texnogen çirklənmələrdən mühafizəsi, torpaqların münbitliyinin qorunması layihələrini aidiyyəti təşkilatlarla birlikdə tərtib edir, həmin layihələrin yerinə yetirilməsinə nəzarət edir;

Dövlət torpaq kadastrının, torpaqların monitorinqinin aparılması, habelə Yerquruluşunun həyata keçirilməsi üzrə işləri və tədbirləri təşkil edir və həyata keçirir;

Torpaq islahatının həyata keçirilməsi, torpaqdan səmərəli istifadə olunması və onun mühafizəsi, geodeziya, topoqrafiya, qravimetriya və kartoqrafiya sahəsində qanunvericiliklə müəyyən edilmiş qaydada beynəlxalq təşkilatlarla, xarici ölkələrlə elmi-texniki əməkdaşlıq edir, onların təcrübəsini öyrənir və tətbiq edir, qanunvericiliklə müəyyən edilmiş qaydada xarici ölkələrin razisində geodeziya və kartoqrafiya işlərini həyata keçirir;

Torpaq haqqında məlumat bankı yaradır, torpaq, geodeziya və kartoqrafiya haqqında qanunvericiliyin tələblərinə hüquqi və fiziki şəxslər tərəfindən riayət olunmasına nəzarəti həyata keçirir.

Yay və qış otlaq sahələrinin inzibati-ərazi vahidləri arasında uzunmüddətli istifadə üçün bölüşdürülməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təkliflər verir;

Öz səlahiyyətləri daxilində torpaqların kənd təsərrüfatı və meşə təsərrüfatı dövriyyəsindən çıxarılması ilə əlaqədar olaraq kənd təsərrüfatı və meşə təsərrüfatı itkilərinin miqdarının müəyyən edilməsi barədə təkliflər verir;

Müəyyən olunmuş qaydada torpaq münasibətlərinin, geodeziya və kartoqrafiya fəaliyyətinin dövlət tənzimlənməsi ilə bağlı məsələlərə dair təlimatlar və göstərişlər qəbul edir, onların yerinə yetirilməsini təmin edir və icrasına nəzarət edir, zəruri hallarda müvafiq nazirük, dövlət təşkilatları və bələdiyyələr ilə həmin məsələlərə dair normativ hüquqi aktların layihələrini razılaşdıraraq qəbul edir;

Təsərrüfat fəaliyyətinin torpağa olan zərərli nəticələrini təhlili edir, torpaqda baş verən hər hansı mənfi proseslərin əmələ gəlməsini öncədən müəyyənləşdirir və onlara qarşı mübarizə tədbirlərinin hazırlanmasında, habelə ekoloji şəraitin, eləcə də sanitar və fitosanitar normaların pozulmasının qarşısının alınmasında müvafiq dövlət orqanları ilə qarşılıqlı fəaliyyət göstərir;

Dövlət torpaq kadastrının və torpaqların monitorinqinin aparılması, yerquruluşunun həyata keçirilməsi, torpaqların mənimsənilməsi və mühafizəsi, habelə torpaqların rekultivizasiyası ilə bağlı layihə-axtarış, elmİ-tədqiqat .və təcrübi-eksperimental işlərinin aparılmasını təşkil edir;

Torpaq sahələrinin yerquruluşu planından və dövlət kadastrı məlumatlarından çıxarışlar verir;

Hər il 1 yanvar vəziyyətinə əvvəlki il üçün torpaq fondunun növlərinə, torpaqların rekultivasiyasına, mülkiyyətçilər və istifadəçilər üzrə torpaq bölgüsünə, hər 5 ildən bir isə torpaqların keyfiyyətinə (bonitirovka, iqtisadi qiymətləndirmə) dair ilkin hesabatları tərtib edir;

Torpaq vergisi dərəcələrinin müəyyənləşdirilməsi üçün kadastr qiymət rayonları və ora daxil olan inzibati rayonlar üzrə kənd təsərrüfatı torpaqlarının təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti balları müəyyənləşdirir, habelə torpağın normativ qiymətinin müəyyənləşdirilməsinə və torpaqlardan səmərəli istifadə olunması və onların mühafizəsini təmin edir iqtisadi həvəsləndirmə tədbirlərinə dair təkliflər hazırlayır;

Münbitlik xassələrini itirmiş torpaqların müvəqqəti əkin dövriyyəsindən çıxarılmasına (konservasiyasına) dair təkliflər verir, torpaqların münbitliyinin bərpası, artırılması və onların mühafizəsi üzrə investisiya proqramlarının ekspertizasını həyata keçirir, gələcəkdə həmin sahələrin kənd təsərrüfatı dövriyyəsinə cəlb edilməsi barədə təkliflər verir;

Torpaq ehtiyatlarından istifadə olunmasında proqramların, sxemlərin və yerquruluşu layihələrinin dövlət ekspertizasını aparır, o cümlədən şəhər və qəsəbələrin baş planlarının, rayonların perspektiv planlaşdırılması sxemlərinin və digər layihələrin torpaqla əlaqədar hissələrini araşdırır və müvafiq rəylər verir;

Müvafiq dövlət və bələdiyyə orqanları ilə birlikdə torpaq, aqrokimya, geobotanika və digər axtarış işlərinin aparılmasını təşkil edir;

Çirklənmiş, öz keyfiyyətini itirmiş və yararsız hala düşmüş (tənəzzülə uğramış) torpaqların konservasiya edilməsinə dair təkliflərin hazırlanmasında iştirak edir;

Torpaq bazarı subyektlərinin hüquq və vəzifələrini əhali arasında təbliğ edir, torpaq bazarını tənzimləyən rəsmi məlumatların müntəzəm toplanmasını, xüsusi bülletenlər və kütləvi informasiya vəsaitləri ilə açıqlanmasını, habelə torpaq bazarının fəaliyyəti ilə bağlı öz səlahiyyətləri daxilində digər tədbirləri görür;

Müvafiq inzibati rayon vahidlərində torpaq kadastrının aparılması məqsədilə lazımi kadastr-planlama işlərini həyata keçirir;

Öz səlahiyyətləri daxilində və qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq üzərində mülkiyyət hüquqlarını dövlət qeydiyyatına alıb rəsmiləşdirir, torpaq mülkiyyətçilərinə, istifadəçilərinə və icarəçilərinə bu hüquqları təsdiq edən müvafiq sənədlər verir;

Azərbaycan Respublikası ərazisində baş verən dəyişikliklərə uyğun olaraq topoqrafik, inzibati, coğrafi və məlumat xəritələrində olan bütün dəyişiklikləri yeni nəşr olunan xəritələrdə əks etdirilməsini təmin edir;

Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə uyğun olaraq rayon, şəhər, şəhər tipli qəsəbələr və digər yaşayış məntəqələrinin və bələdiyyələrin sərhədlərini naturada müəyyən edir və xəritələşdirilməsini həyata keçirir;

Vahid koordinat və hündürlük sistemində obyekt və sənaye komplekslərinin, şəhər və başqa yaşayış məntəqələrinin ərazisinin 1:2000 və daha böyük, tikilməmiş (açıq) ərazilərdə isə 1:5000 və daha kiçik miqyaslı topoqrafik xəritələrinin təzələnməsini və çoxməqsədli topoqrafik planlamasımı həyata keçirir;

Azərbaycan Respublİkasının Milli Təhlükəsizlik Nazirliyi və Azərbaycan Respublikasının Müdafiə Nazirliyi ilə razılaşdırmaqla aerofotoplanalma işlərini həyata keçirir və digər təşkilatları həmin məlumatlarla müəyyən olunmuş qaydada təmin edir;

Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin edən geodeziya, topoqrafiya, kartoqrafiya, hidroqrafiya və digər işləri həyata keçirir;

Torpaq, su, meşə, şəhər və digər kadastr işlərinin aparılması üçün geodeziya istinadın yaradılması, topogeodeziya, kartoqrafiya və kadastr plan və xəritələrinin tərtibatı, yeniləşdirilməsi və təminatı işlərini həyata keçirir;

Geodeziya və kartoqrafiyanın inkişafı üçün aerokosmik məlumatlar əsasında yer səthinin torpaq və bitki örtüyünü tədqiq edir;

Qanunvericiliyə uyğun olaraq geodeziya və kartoqrafiya üzrə xüsusi təminatı cihaz və avadanlıqların idxalına və ixracına nəzarət məqsədilə Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Nazirliyini və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinİ müvafiq metodik sənədlərlə, mütəmadi olaraq həmin cihaz və avadanlıqların siyahıları ilə təmin edir;

Ölkə ərazisində aparılan dövlət torpaq kadastrı, monitorinqi, yerquruluşu, geodeziya və kartoqrafiya işlərinin nəticələri və kartoqrafiya təminatı haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinə mütəmadi olaraq məlumatlar verir;

Bütün növ kadastrları (torpaq, meşə, su və s.) əlaqələndirmək məqsədilə qanunvericiliyə uyğun olaraq, mülkiyyət formasından asılı olmayaraq ölkə ərazisi üzrə bütün təşkilatların icra etdikləri torpaq kadastrı, yerquruluşu, geodeziya- artoqrafiya məlumatlarının saxlanılmasını və istifadəsini təmin edən tədbirlər hazırlayır və həyata keçirir;

Geodeziya tədqiqatları əsasında geodinamik (zəlzələ, sürüşmə və s.) və digər fövqəladə təbİİ hadisələrin proqnozlaşdırılması məqsədilə tədbirlər görür, bu barədə digər icra hakimiyyəti orqanlarına və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verir;

Torpaq kadastrı, torpaqların monitorinqi, yerquruluşu, torpaq islahatı, ərazi vahidlərinin sərhədlərinin müəyyənləşdirilməsi, torpaq üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatı, torpaqların rekultivasiyası və münbitliyinin artırılması, geodeziya, topoqrafiya və kartoqrafiya, habelə torpaqlardan istifadə və onların mühafizəsinə, geodeziya və kartoqrafiya fəaliyyətinə dövlət nəzarətinin həyata keçirilməsi işlərinin maliyyələşdirilməsinə dair təkliflər hazırlayır, büdcədən ayrılan vəsait əsasında dövlət sifarişlərini həyata keçirir və onun məqsədyönlü istifadəsinə öz səlahiyyəti daxilində nəzarət edir;

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin xəritəsini, o cümlədən topoqrafik və dəniz xəritələrini hazırlayır;

Xüsusi təyinatlı geodeziya və kartoqrafiya avadanlıqlarının və cihazlarının uçotunu aparır;

Coğrafi adların dəyişdirilməsində qeydiyyatın aparılmasını təmin edir;

Müasir geodeziya, topoqrafiya və kartoqrafiya alətlərinin və cihazlarının tətbiqi üçün şərait yaradır və lazımi tədbirlər görür;

Qanunvericİlikdə müəyyən olunmuş xüsusi təyinatlı (sahəvi) topoqrafiya, geodeziya, kartoqrafiya və qravimetriya İşlərinin yerinə yetirilməsinə xüsusi razılıq (lisenziya) verir;

Dövlət torpaq kadastrı, torpaqların monitorinqi, yerquruluşu, geodeziya, topoqrafiya və kartoqrafiya sahəsində normativ texniki sənədlərin hazırlanması və tətbiqinin vahid rejim və normativ texniki sənədlər əsasında həyata keçirilməsini təmin edir;

Qanunvericilikdə müəyyən edilmiş qaydada Komitə. işçilərinin j attestasiyasını keçirir, kadrların hazırlanması və ixtisaslarının artırılması üzrə tədbirlər | görür;

Qanunvericilikdə müəyyən olunmuş qaydada kargüzarlıq işini təşkil edir, torpaq, yerquruluşu, geodeziya, topoqrafiya, kartoqrafiya və torpaqla bağlı digər məsələlərin həllinə dair şikayət və təkliflərə baxır, öz səlahiyyəti daxilində həmin məsələləri həli edir, lazımi hallarda bu barədə müvafiq qərarlar qəbul edir və təkliflər hazırlayır;

Qanunvericilikdə müəyyən olunmuş qaydada geodeziya və kartoqrafiya ilə bağlı müvafiq məlumatları dövlət sirrinə aid edir;

Öz vəzifələrinə uyğun olaraq qanunvericilikdə nəzərdə tutulmuş digər funksiyaları həyata keçirir

Tabeliyində olan müəssisələr

[redaktə | mənbəni redaktə et]
  1. "Torpaq və Xəritəçəkmə Komitəsi ləğv edildi". 2015-02-06 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-02-11.