Dövlət gəmisi[1] — «Dövlət» əsərinin VI kitabında Platon tərəfindən irəli sürülmüş metafor.[2] Burada şəhər-dövlətin idarəetməsi gəminin idarəetməsinə oxşadılır. Nəticədə, gəminin kapitanı olmağa uyğun insanlar sadəcə mütləq qüvvəsi olmayan, yaxşılıq ideyasını mənimsəyən filosof krallar və xeyirxah adamlardır. Metaforanın mənşəyi lirik şair Alkeyə (frs. 6, 208, 249) qədər gedib çıxır, o cümlədən Sofoklın "Antiqona", Esxilin isə "Fivə qarşı yeddi" şeirində qeyd olunur.
Platon metafornı Zevsin digər vasitə və ya peşələrdə, xüsusilə də dövlət xadimliyi vəzifəsində olduğu kimi gəmi sükançısı üçün də ən yaxşı nümunələrdən biri olduğunu qeyd edərək başladır. O daha sonra metafornı müəyyən bir dövlət modelinə – demokratiyaya uyğunlaşdırır. Platonun demokratiya anlayışı müasir demokratiya və respublikaçılığın qarışığı ideyası yox, saf çoxluğun idarəsində olan birbaşa demokratiyadır. Platonun Sokratı əksəriyyəti təşkil edən əhalini güclü, ancaq yaxıngörən və dənizçilik anlayışı zəif olan bir gəmi sahibi ilə müqayisə edir. Gəminin dalaşan dənizçiləri demaqoq və siyasətçilərdir. Gəminin münəccimi isə filosofdur. Gəminin kapitanı olmaq istəyən dənizçilər, baxmayaraq ki, naviqasiya haqqında heç nə bilmirlər, öz dənizçilik biliklərini tərifləyir və gəmi sahibinin təsdiqini almaq üçün bir-birləri ilə daim rəqabət aparırlar. Eyni zamanda, onlar gəminin münəccimini azad edir, baxmayaraq ki, o, gəminin hərəkəti haqqında məlumatı olan tək şəxsdir.[2]