Dövlət istiqrazları (Government bonds) - Dövlət tərəfindən buraxılan borc qiymətli kağızları. Dövlət istiqrazları dövlətin əsas borclanma mexanizmlərindən biri olub, hər hansı bir fövqəladə hadisə ilə əlaqədar tələb olunan xərclərin (məsələn, hərbi xərclər) qarşılanması və ya bu və ya digər tədbirlərin həyata keçirilməsi üçün çatışmayan vəsaitin əldə olunması məqsədi güdür. Bu zaman borcalan kimi dövlət çıxış edir. Bir qayda olaraq, dövlət istiqrazının yerləşdirilməsi borcverənlər tərəfindən bu istiqrazların alınması yolu ilə həyata keçirilir ki, bu zaman borcverən borcalandan təqdim edilən pul vəsaitinə və ya digər əmlaka görə müəyyən edilmiş faiz gəlirləri və ya dövlət istiqrazının tədavülə buraxılma şərtləri ilə nəzərdə tutulmuş digər hüquqları əldə etmiş olur.[1]