Dövlətlər arasında siyasət (kitab)

Dövlətlər arasında siyasət – Hans Morgentaunun yazdığı kitab. Bu kitab ilk dəfə 1948-ci ildə "McGraw-Hill" nəşriyyatı tərəfindən "Politics Among Nations. The Struggle for Power and Peace" adı ilə nəşr edilib, sonrakı illərdə isə dəfələrlə yenidən nəşr olunub. Əsər "McGraw-Hill" nəşriyyatının 2006-cı ildə nəşr olunan orijinalı əsasında TEAS Press Nəşriyyat evində tərcümə edilərək çapa hazırlanıb. Kitabın Azərbaycan dilinə tərcüməsi və nəşri hüququ TEAS Press Nəşriyyat evində məxsusdur.

Dövlətlər arasında siyasət
ing. Politics Among Nations
Müəllif Hans Morgentau
Orijinalın dili ingilis dili
Ölkə
Orijinalın nəşr ili 1948

Hans Morgentaun Çikaqo Universitetinin siyasi elmlər və müasir tarix üzrə mərhum professoru idi, həmçinin Çikaqo Universitetində Amerika Xarici Siyasətinin Araşdırılması Mərkəzinin mərhum direktoru idi.

Hans Morgentaunun bu klassik əsəri realizmi beynəlxalq münasibətlərə dair düşüncənin fundamental üsulu kimi müəyyən etdi. Realizmin öz tənqidçiləri olsa da, "Dövlətlər arasında siyasət" əsərinin beynəlxalq münasibətlərə dair kurslarda istifadə olunmaqda davam etməsi onun hələ də böyük dəyər kəsb etdiyini göstərir. Bəziləri deyir ki, yarım əsr ərzində beynəlxalq münasibətlərin tədqiqi Morgentau ilə onun tərəfdarları arasında dialoqdan başqa bir şey olmayıb. Morgentaunun ideyaları ilə müxtəlif ölkələrdən olan alimlər arasındakı dialoq, – hətta beynəlxalq terrorçuluğun dünyada əsas problemə çevrildiyi bir dövrdə də, – 50 ildən sonra da zamana uyğun formada davam edir.