Dövri enkoder

Artan dövri enkoder

Dövri enkodermexaniki hərəkəti, bucaq yerdəyişməsini elektrik siqnalına çevirən elektromexaniki qurğudur. Onun göndərdiyi siqnal sayğac və ya proqramlaşdırılabilən məntiqi kontroller (ing. PLC) vasitəsilə oxuna bilir. Bu siqnal vasitəsilə kontroller vəziyyəti, sayı, sürəti və ya istiqaməti müəyyən edə və buna müvafiq əmri icra edə bilər, məsələn, müəyyən olunmuş nöqtəyə rəng vurma və ya müvafiq uzunluqdan sonra kəsmə.[1][2]

Dövri enkoderlər iş prinsipinə görə iki kateqoriyaya bölünürlər: mütləq və artan enkoderlər. Artan enkoderlərin hər mövqe üçün xüsusi göstəricisi yoxdur, onlar yalnız hərəkətin bir nöqtədən digərinə keçməsini göstərir. Mütləq enkoderlərin isə hər mövqe üçün ayrıca qiyməti var.[1][2]

  1. 1 2 "Encoder Guide". anaheimautomation.com. 2022-05-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 iyul 2019.
  2. 1 2 WP-2011: The Basics of How an Encoder Works (PDF). encoder.com. 1. ISBN 1-800-366-5412. 2018-07-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 9 iyul 2019.