Döyüşçü klubu (roman)

Döyüşçü klubu (ing. Fight Club) – Çak Palanik tərəfindən 1996-cı ildə yazılmış roman.

Döyüşçü klubu
ing. Fight Club
Azərbaycan dilinə tərcümə olunmuş versiyasının üzlüyü.
Azərbaycan dilinə tərcümə olunmuş versiyasının üzlüyü.
Müəllif Çak Palanik
Janrlar transaqressiv fantastika[d], Qara yumor
Orijinalın dili ingilis dili
Ölkə
Orijinalın nəşr ili 17 avqust 1996
Nəşriyyat Qanun nəşriyyatı (azərb.)
Səhifə 268 (azərb.)

Romanın mərkəzində istehlak cəmiyyətinin aktiv nümayəndəsi lakin, yuxusuzluqdan əziyyət çəkən şəxsdir. Həkiminin məsləhəti ilə müxtəlif ağır xəstəliklərdən əziyyət çəkən insanların dəstək qruplarında iştirak etməyə başlayır və orada meditativ proseduraların iştirakçısı olur. Praktiki olaraq ölümə məhkum olan və sadəcə onu gözləyən insanlarla özünü müqayisə edən qəhrəman müəyyən qədər yuxusuzluq problemi həll olunsa da, bir müddət sonra bu kifayət etmir. Şəxsiyyət ikiləşməsi yaşayan əsərin qəhrəmanı Tayler Darden vasitəsiylə özünəməxsus psixoterapiya forması olan Döyüşçü klubunu yaradır.

Əsərin yazılması

[redaktə | mənbəni redaktə et]

Yazıçı qeyd edir ki, "Döyüşçü klubu"nu yazmaq ideyası onda yay düşərgəsi zamanı iştirak etdiyi bir əlbəyaxa döyüşdən sonra yaranıb. Dostları ondan sifətindəki yaraların səbəblərini soruşmayıblar. Vaxt keçdikcə yazıçının arzusu daha da möhkəmlənib, amma birinci dəfə "Görünməzlər" romanını nəşr etdirmək istəyir. Nəşriyyat isə romana biabırçı statusu verərək nəşrindən imtina edir. "Xoşbəxtlik sorağında" adlı hekayələr toplusunda kiçik hekayə kimi ilk dəfə işıq üzü görən "Döyüşçü klubu" haqqında sonradan yazıçının planları daha da böyüyür və üzərində işləyərək çap etdirməyə müvəffəq olur. Bir neçə dəfə təkrar və təkrar nəş olunan kitab, yazıçının dediyinə görə kişilər üçün müəyyən sosial model təqdim edir. Həqiqətən də həmin dövrə qadınlar üçün sosial model və təsəlli təklif edən bir çox kitab var idi, lakin kişilər diqqətdən kənar qalmışdılar.