"Dözülməz qanunlar" (ing. Intolerable Acts ) və ya "Məcburiyyət aktları" (ing. Coercive Acts) — Britaniyanın Amerikada On üç koloniyasının bəzi sakinləri tərəfindən 1774-cü ildə Britaniya Parlamenti tərəfindən qəbul edilmiş beş qanuna verilən ad. Qanunlar əsasən Amerika koloniyalarını idarə etməkdə Britaniyanın rolunu gücləndirməyə yönəlmişdi. Beş qanundan dördü Boston çay qonaqlığına cavab xarakterini daşıyırdı.[1] Bu qanunlarla kral və parlament koloniyalarda artan müqavimət hərəkatını dayandırmaq niyyətində idi, lakin bu tədbirlər vəziyyəti daha da pisləşdirmişdi, çünki müstəmləkəçilər onları öz hüquqlarının despotcasına pozulması hesab edirdilər. "Dözülməz qanunlar" Birinci Kontinental Konqresin keçirilməsinə təkan vermişdir.