Bu məqalədəki və ya bölmədəki məlumatlar köhnədir. |
Nu, poqodi![1][2][3] (rus. Ну, погоди!) — Sovet və Rusiya cizgi serialı. Cizgi serialının pilot bölümü 1969-cu ildə rejissor Gennadi Sokolski tərəfindən çəkildi, helə həmin ildə əsas cizgi serialının ilk nəşri işıq üzünü gördü. Süjetin əsasını Canavarın Dovşanı yemək ümidi ilə etdiyi davamlı uğursuz axtarışı təşkil edir. Sonda dovşan istənilən vəziyyətdən salamat çıxır, Canavar isə "Düşərsən, əlimə!" deyir və ya qışqırır.
Nu, poqodi! | |
---|---|
rus. Ну, погоди! | |
Janr | animasiya filmi[d], macəra filmi, komediya filmi, triller filmi |
Rejissor |
Vyaçeslav Kotyonoçkin (1–18) Vladimir Tarasov (17–18) Aleksey Kotyonoçkin (19–22) |
Ssenarist |
Feliks Kamov (1–7, 19–20) Aleksandr Kurlyandski (1–20) Arkadi Xait (1–16) |
Rolları səsləndirənlər | Anatoli Papanov, Klara Rumyanova |
Studiya |
Soyuzmultfilm (1–18) Milad filmləri (19–20) TriTe (21–22) |
Ölkə |
SSRİ Rusiya |
Dil | rus dili |
Seriyaların sayı | 22 |
İl | 14 iyun 1969 – 22 dekabr 2012 |
Rəng | rəngli |
Telekanal | SSRİ Dövlət Teleradio Komitəsinin Mərkəzi Televiziyası |
Nümayiş | 1969 |
IMDb | ID0234355 |
Animator.ru | 6755 |
Səsi və görünüşünə görə bəzi insanlar Dovşanı dişi hesab edir. Amma əslində o erkəkdir.
Canavar həmişə siqaret çəkən, zəifləri incidən, qanunlara biganə olaraq təsvir olunur. Canavarın böyük cüssəsi ilə balaca dovşanın öhdəsindən gələ bilməməsi gülüş yaradır.