Gennadi Sokolski

Gennadi Mixayloviç Sokolski (1 dekabr 1937[1], Moskva27 dekabr 2014[1], Moskva) — sovetrus rejissor, animator, quruluşçu rəssam, illüstrator, ssenarist.

Gennadi Sokolski
Doğum tarixi 1 dekabr 1937(1937-12-01)[1]
Doğum yeri
Vəfat tarixi 27 dekabr 2014(2014-12-27)[1] (77 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Pyatnitskoye qəbiristanlığı[d]
Vətəndaşlığı
Fəaliyyəti animasiyaçı, rejissor, kinorejissor, ssenarist, rəssam
IMDb ID0812444

1 dekabr 1937-ci ildə Moskvada anadan olub. 1959–1961-ci illər arasında "Soyuzmultfilm" kinostudiyasının təşkil etdiyini animasiya kurslarında təhsil alıb. Kursu bitirdikdən sonra o, studiyanın işçi heyətinə qəbul edilmiş və bir neçə il "Soyuzmultfilm" kinostudiyasının ən yaxşı animatorlarından biri olaraq fəaliyyət göstərmişdir.

O, 1969-cu ildən başlayaraq müstəqil olaraq rejissor kimi fəaliyyətə başlayıb. Roman Kaçanovun bədii rəhbərliyi altında " Şən karusel " almanaxının ilk əfsanəvi buraxılışında debüt etmişdir. Bu almanaxda Gennadi Sokolski " Düşərsən əlimə!", burada Canavar və Dovşan obrazlarına ilk dəfə rast gəlinirdi[2] . Sonradan rejissor Vyaçeslav Kotyonochkin uzun müddət süjet xəttində bu personajlar arasında baş verən toqquşmalarının davamlılığında uğurlu işlər ərsəyə gətirdi.

Rejissorluğa keçən Sokolski SSRİ animasiya sənayesinin görkəmli nümunələrinə çevrilmiş bir sıra cizgi filmləri səhnələşdirdi. O, rejissor kimi sovet-yapon filmi olan tammetrajlı trilogiyanı (rejissor K. Yoshida) " Pinqvin Lolo'nun sərgüzəştləri "[2], bütün dünyada məşhur idi.

O, 1990-cı illərin ortalarından başlayaraq kitab illüstrasiyası ilə məşğul olmağa və tədricən animasiyadan uzaqlaşmağa başladı[2] .

O, 2014-cü il dekabrın 27-də 77 yaşında uzun sürən xəstəlik ardından Moskvada vəfat etmişdir[3][4] . Nəşi Moskvadakı Pyatnitski qəbiristanlığında dəfn edilmişdir.

  • Rusiya Federasiyası Mədəniyyət Nazirliyinin Fəxri Fərmanı (2 dekabr 2011-ci il) — Rusiya animasiyasına verdiyi böyük töhfəyə, uzun illər boyunca göstərdiyi təqdirə layiq fəaliyyətinə görə və rus cizgi film sənayesinin 100 illik yubileyi şərəfinə[5]
  1. 1 2 3 4 Gennadij Sokolskij // https://www.csfd.cz/tvurce/79732/.
  2. 1 2 3 "Архивированная копия". 2007-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-17."Архивированная копия". 2007-08-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-02-17.
  3. "Скончался режиссер мультипликационного альманаха "Веселая карусель"". 2022-09-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-31.
  4. "В Москве скончался режиссер-мультипликатор Геннадий Сокольский". 2022-09-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-31.
  5. "Приказ Министерства культуры Российской Федерации от 2 декабря 2011 года". 2019-01-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-27.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]