UNESCO-nun baş qərargahı (ing. UNESCO Headquarters, fr. Maison de l'UNESCO) 1958-ci ilin 3 noyabrında Fransanın paytaxtı Paris şəhərində yerləşən Place de Fontenoy mərkəzində açılmışdır. Binaya giriş pulsuzdur.[1]
UNESCO-nun baş qərargahının binası üç memarın birgə əməyi nəticəsində ərsəyə gəlmişdir: Bernard Zerfus (Fransa), Marsel Broyer (Macarıstan) və Piyer Luiqi Nervi (İtaliya).
İdarəetmənin yerləşdiyi əsas bina üçbucaqlı ulduz formasında olan yeddi mərtəbədən ibarətdir. Buraya daimi nümayəndə heyətləri və qeyri-hökumət təşkilatları üçün nəzərdə tutulmuş “akkerdeon” adlanan bir bina və kubik bina da əlavə edilmişdir.
Binanın tikildiyi ərazi Fransa hökumətinin mülkiyyətindədir. 22 dekabr 1952-ci ildə imzalanan sərəncama əsasən onun UNESCO-nun sərəncamına verilməsi Xarici İşlər Nazirliyinə təyin edildi.[2]