Dünya Badminton Federasiyası


Dünya Badminton Federasiyası (Badminton World Federation) Beynəlxalq Olimpiya Komitəsi tərəfindən tanınan badminton idmanının beynəlxalq idarəetmə orqanıdır.

Dünya Badminton Federasiyası
BWF
Badminton World Federation
Loqonun şəkli
Dünya Badminton Federasiyasının loqosu
Yaranma tarixi 1934
Mərkəzi Kuala-Lumpur, Malayziya
Sədr George Alan Thomas[d], John Plunkett-Dillon[d], R. Bruce Hay[d], A. C. J. van Vossen[d], John McCallum[d], Nils Peder Kristensen[d], David Bloomer[d], Humphrey Farwell Chilton[d], Ferry Sonneville[d], Stuart Wyatt[d], Stellan Mohlin[d], Craig Reedie[d], Poul-Erik Nielsen[d], Ian D. Palmer[d], Arthur E. Jones[d], Lu Shengrong[d], Korn Dabbaransi[d], Kang Young-joong[d], Poul-Erik Høyer Larsen[d]
bwfbadminton.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar


1934-cü ildə doqquz üzvün (Danimarka, Fransa, Uels, Hollandiya, İngiltərə, İrlandiya, Şotlandiya, KanadaYeni Zelandiya) iştirakı ilə Beynəlxalq Badminton Federasiyası (IBF) kimi qurulan DBF-nin hazırda 176 üzvü var. 24 sentyabr 2006-cı il tarixində Madriddə keçirilən Fövqəladə Baş Assambleyada ad dəyişikliyi qərara alınmış və hazırkı ad seçilmişdir.[1]

Yarandığı gündən Böyük Britaniyanın Çeltenhem şəhərində yerləşən federasiyanın baş qərargahı 1 oktyabr 2005-ci ildə Malayziyanın paytaxtı Kuala-Lumpura köçürülüb.[2] DBF-nin hazırkı prezidenti Poul-Erik Hoyer Larsendir.[3]

Qitə federasiyaları

[redaktə | mənbəni redaktə et]

DBF badmintonu bütün dünyada yaymaq və inkişaf etdirmək üçün regional idarəetmə orqanları ilə əməkdaşlıq edir. Regional idarəetmə orqanları bunlardır:[4]

Region Konfederasiya Üzvlər
   Asiya Badminton Asiya Konfederasiyası (BAC) 41
   Avropa Badminton Avropa Konfederasiyası (BE) 51
   Amerika Badminton Amerika Konfederasiyası (BPA) 33
   Afrika Badminton Afrika Konfederasiyası (BCA) 37
   Okeaniya Badminton Okeaniya Konfederasiyası (BO) 14
Toplam 176
  1. "Madrid Welcomes Badminton World Federation". BadmintonAsia.org. 29 September 2006. 28 July 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 11 March 2012.
  2. "Badminton World Federation". web.archive.org. 2016-07-02. 2016-07-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-03.
  3. "Badminton World Federation - Poul-Erik Hoyer Wins BWF Presidential Election". web.archive.org. 2013-06-09. 2013-06-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-03.
  4. "Badminton World Federation". web.archive.org. 2016-03-04. Archived from the original on 2016-03-04. İstifadə tarixi: 2023-08-04.