Dünya iradə və təsəvvür kimi (əsər)

Genişləndirilmiş 1844-cü il nəşrin ad səhifəsi

Dünya iradə və təsəvvür kimi (alm. Die Welt als Wille und Vorstellung‎) — alman filosofu Artur Şopenhaurin (1788-1860) əsas əsəri, dünya fəlsəfi irsinin ən möhtəşəm nümunələrindən biri.

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Əsər birinci dəfə 1819-cu ildə çap olunmuşdur. Sonradan müəllif onun üzərində uzun illər ərzində (1819-1844) işləmişdir. Əsər dörd fəsildən, müəllifin öz təbirincə deyilsə, dörd kitabdan ibarətdir. Birinci fəsildə müəllifin idrak nəzəriyyəsi, ikinci fəsildə ontologiyası, üçüncü fəsildə estetikası, və nəhayət dördüncü fəsildə etikası şərh olunmuşdur.

Şopenhauerin öz idrak nəzəriyyəsinin şərhinə həsr etdiyi birinci fəsil "Dünya mənim təsəvvürümdür" sözləri ilə başlayır və belə bir müddəadan çıxış edir ki, idrak iradənin xidmətindədir.

Müəllifin ontologiyasının şərhinə həsr olunmuş olunmuş ikinci fəsilin əsas mənası ondan ibarətdir ki, dünya iradənin obyektivasiyasıdır.

Şopenhauerin estetikasının şərh olunduğu üçüncü fəsildə müəllif belə bir müddəadan çıxış edir ki, həqiqi incəsənət idrakın iradənin xidmətdə durmaqdan xilas olma məqamıdır.

Şopenhauerin öz etikasının şərhinə həsr etdiyi üçüncü fəsildə həyata yönümlü iradənin təsdiqi və inkarı məqamları nəzərdən keçirilir.

Şopenhauerin “Dünya iradə və təsəvvür kimi” əsəri dünyanın bir çox dillərində dəfələrlə çap olunmuşdur. Əsər Azərbaycan dilinə Adil Əsədov tərəfindən tərcümə olunmuşdur.

  • Artur Şopenhauer. Dünya iradə və təsəvvür kimi. Azərbaycan dilinə tərcümə edən fəlsəfə elmləri doktoru Adil Əsədov. Bakı: Təknur, 2011