Dünyanın sonuncu günü

Dünyanın son günü və ya Paul V.R.-nin Son Səyahəti — ilk premyerası 2020-ci ilin sentyabr ayında Anqulem Frankofoniya Film Festivalında baş tutmuş, beynəlxalq premyerası isə Sitges Film Festivalında olmuş, rejissor Romain Quirotun çəkdiyi elmi fantastika filmidir.

Dünyanın sonuncu günü
fr. Le Dernier Voyage
Janr elmi-fantastika filmi
Rejissor
  • Romain Quirot
  • Antoine Jaunin
  • Laurent Turner
Prodüser
  • Fannie Pailloux
  • David Danesi
Baş rolda
  • Hüqo Beker
  • Cen Reno
  • Paul Hemi
Studiya
  • Apaches
  • Digital District
İlk baxış tarixi 1 sentyabr 2020, 15 oktyabr 2020, 19 may 2021
Müddət 87 dəq.
Büdcə $3.2 milyon[1]
Gəlir $868,168[2]
Ölkə
Dil fransız dili
Rəng rəngli[3]
Çəkiliş yeri Varzazat, Kasablanka
IMDb ID6435934

Bu film, Quirotun çəkdiyi "The Enigmatic Paul WR-nin Son Səyahəti" adlı qısametrajlı filminin davamı olan uzunmetrajlı filmdir.

Yaxın gələcəkdə Yer kürəsində temperatur yeni, dözülməz həddə çatmışdır. Dünyanın neft, kömür və qaz ehtiyatları tükənənmiş, vəhşi təbiətdə yaşayan əksər heyvan və bitki növləri yox olmuş və yüz milyonlarla insan iqlim qaçqınına çevrilmişdir. Bir müddət əvvəl isə səmada yeni bir planet peyda olmuşdur. Bəşəriyyət oraya çatmaq və elmdə inqilab edən Lumina mineralını çıxarmaq üçün çox səy göstərmişdir. Hiperenergetik olan bu element yer üzündə mövcud olan bütün digər enerji mənbələrini gözdən salmışdır. Sözügedən planet bir müddət sonra öz radiusundan çıxmış və planetin hərəkət istiqaməti dəyişmişdir. Planetin yeni hərəkət istiqaməti onun Yerlə toqquşma ehtimalını artırmış və dünyanın məhv olması təhlükəsi meydana çıxmışdır. Dünyada bu vəziyyəti düzəldə biləcək cəmi bir adam vardır. Onun adı isə Paul V.R.-dir. Lakin astronavt bir müddət əvvəl planlaşdırılmış xilasetmə missiyasının başlamasına bir neçə saat qalmış səssiz bir formada yoxa çıxmışdır. O vaxtdan etibarən, yer üzündə yaşayan ümidsiz insanlar bu şəxsin arxasınca düşərək onun ovlamağa çalışırlar.

Baş vermiş bir qəza nəticəsində Paul ətrafındakı insanların fikirlərini oxuma qabiliyyəti əldə etmişdir. Ekoloji fəlakət qaçılmaz olsa da, Paulun planetin məhv olmasını istəməməsinin özünəməxsus səbəbləri vardır. Bir gün Paulun yolu Elma adlı gənc bir qızın yolu ilə kəsişir. Bundan sonra Paul və yeniyetmə qız birlikdə Fransanın səhraya çevrilmiş təbiətində hərəkət edirlər.[4][5][6]

  1. "Le dernier voyage". 2023-12-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-08-08.
  2. "Last Journey of Paul W.R."
  3. IMDb (ing.). 1990.
  4. eng/film?id=10006654 Le Dernier Voyage de Paul W.R. Arxivləşdirilib 2017-11-15 at the Wayback Machine In: sitgesfilmfestival.com. Retrieved 10 October 2020.
  5. Le Dernier Voyage de Paul W.R. Arxivləşdirilib 2020-10-01 at the Wayback Machine In: unifrance.org. Retrieved 10 October 2020. (French)
  6. "LGEcine | Le dernier voyage de Paul W.R. (2020): Tintin versus el planeta rojo". lgecine.org. 2023-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-02-04.