Varzazat

Varzazat (ərəb. وارزازات‎, bər. ⵡⴰⵔⵣⴰⵣⴰⵜ / Warzazat, fr. Ouarzazate; ləqəbi: Səhranın qapısı) — Mərakeşin cənubunda, Draa-Tafilalet vilayətində şəhər, eyniadlı əyalətin inzibati mərkəzi. Varzazat paytaxt Rabat şəhərindən 519 kilometr (322 mil) uzaqlıqda, dəniz səviyyəsindən 1,160 metr (3,810 ft) yüksəklikdə, Yuxarı Atlas dağlarının cənubundakı bir yaylağın ortasında yerləşir. Şəhərin cənubunda səhra yerləşir.

Varzazat
‫ورزازات‬
ⵡⴰⵔⵣⴰⵣⴰⵜ
وارزازات
Ouarzazate
30°55′ şm. e. 6°55′ q. u.
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.151 ± 1 m
Saat qurşağı
Əhalisi
Əhalisi
Rəqəmsal identifikatorlar
Poçt indeksi 45000
Xəritəni göstər/gizlə
Varzazat xəritədə
Varzazat
Varzazat
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şəhərin adı bərbər dilində "səssiz" və ya "çaşqınlıq olmayan" mənasını verən bir ifadədən törəyir.

Şəhərin əhalisinin əksəriyyətini bərbərdilli xalqlar təşkil edir. Varzazat Mərakeşin tanınmış bir tətil yeridir. Şəhərində qərbində bir YUNESKO Ümumdünya irsi abidəsiAyt-Ben-Haddu ksarı var.

Varzazat Mərakeş kinematoqrafı üçün önəmli bir yerdir və adətən «Mərakeşin Hollivudu» və ya «Mollivud» adlanır. Ərəbistanlı Lourens (1962), Nilin xəzinəsi (1985), Yaşayan gün işığı (1987), Məsihin son cazibəsi (1988), Legioner (1998), Mumiya (1999), Qladiator (2000), Asteriks və Obeliks: Vəzifəmiz Kleopatra (2002), Cənnətin krallığı (2005), Babil (2006) və Hanna (2011) kimi filmlər, eləcə də Taxt oyunları (2011), Atlantida (2013) və Vikinqlər (2013) teleseriallardan bəzi epizodlar burada çəkilmişdir. Şəhərdə «Atlas» kinostudiyası yerləşir.

Varzazat şəhəri tarixən Avropaya gedən Afrika tüccarlarının istifadə etdiyi kiçik bir məntəqə olmuşdur. Mərakeş Fransa müstəmləkəsinə çevrildiyi dövrdə şəhər böyük həcmdə inkişaf etmişdir.

1928-ci ildə Fransa Müstəmləkə Administrasiyasının təşəbbüsü ilə məntəqənin yerləşdiyi ərazidə şəhər qurulmuşdur. Fransa Xarici Legionunun əsgərləri burada yerləşdirilirdi.

2016-cı ildə Mərakeş kralı VI Məhəmməd Varzazat GES-in 160 meqavatlıq tutumluğa malik «Nur 1» hissəsini açmışdır. Kral daha sonra onu GES-in «Nur 2» və «Nur 3» hissələri ilə birləşdirəcək. Varzazat GES-in ümumi tutumluğu 580 meqavat olacaq. Bu isə onu dünyanın ən böyük GES-i edir.[3][4]

Qardaş şəhərləri

[redaktə | mənbəni redaktə et]
  1. 2014 Moroccan census. / red. High Commission for Planning
  2. http://rgph2014.hcp.ma/file/166326/.
  3. "Марокко запустила самую большую солнечную электростанцию в мире". popmech.ru (rus). Фэшн Пресс. 5 fevral 2016. 5 iyun 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2019.
  4. "Крупнейшая в мире солнечная станция открыта в Марокко". bbc.com (rus). BBC. 4 fevral 2016. 26 oktyabr 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 yanvar 2019.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]