Düyü afelenxi

Düyü afelenxi (lat. Aphelenchoides besseyi) Dəyirmi qurdlar tipinin Nematodlar sinfinə aid olan növ.

Düyü afelenxi
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Düyü afelenxi
Beynəlxalq elmi adı
  • Aphelenchoides besseyi

Xarici quruluşu[redaktə | mənbəni redaktə et]

Düyü afelenxi ikicinslidir. Erkək nematodun uzunluğu 0,44-0,72 mm, dişininki isə 0,62-0,88 mm-dir. Baş hissə hamardır, çox genişlənmişdir. Ağız boşluğunda xiti stilet yerləşir, stiletin uzunluğu 9-10 mk-dur. Sinir həlqəsi bulbusun arxasında, nematodun bədəninin diametrinə bərabər məsafədə yerləşir. Yumurtalıq qısadır, oositlər bir neçə cərgədədir. Quyruq konusşəkilli olub, iç tərəfdən sivrilənmişdir. Hər iki cinsdə ulduz şəklində düzülmüş 4 çıxıntılı mikro vardır.[1].

Həyat tərzi[redaktə | mənbəni redaktə et]

Geniş yayılan növdür. Gövdə və yarpaqların böyümə nöqtələrində parazitlik edir. Bitki toxumlarının şirəsi və göbələk mitselesi ilə qidalanırlar. Düşmənləri yırtıcı nematodlar, ibtidailər, yırtıcı göbələklər, viruslardır. İkicinslidir, yumurta qoymaqla çoxalır. Növün Fenologiyası məlum deyil. Orta ömrün uzunluğu 35-50 gündür, cinsi yetkinliyə çatma müddəti isə məlum deyil. Tam çevrilmə ilə inkişaf edir. Fərdi inkişaf forması yumurta-sürfə-yetkin fərd şəklindədir.Reproduktivliyi yumurta qoymaqladır, yumurta tökmə müddəti fasilələrlə, hər dəfəsində 40-50 qoymaqla təyin olunur, xromosom göstəriciləri isə məlum deyil. Bir mövsümdə 8-13-ə qədər nəsil verir. Sayı və limit faktoru-5-6 fərd, bəzən daha çoxdur, inkişafını - yüksək temperetur, quraqlıq ləngidir, nəmlik və mülayim temperatur isə sürətləndirir. Bitki məhsuldarlığını aşağı salır. Mühafizəyə ehtiyac yoxdur.[2]

Yayılması[redaktə | mənbəni redaktə et]

Dünyada 40 növ, Qafqazda 12, Azərbaycanda 9 növ geniş yayılmışdır.

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Atakişiyeva Y.Y., Qasınova Q.Ə. Azərbaycanda bitkilərin parazit nematodları və onlarla mübarizə tədbirləri. Bakı, Elm, 1977, s. 55-60.
  2. Atakişiyeva Y.Y., Qasınova Q.Ə. Azərbaycanda bitkilərin parazit nematodları və onlarla mübarizə tədbirləri. Bakı, Elm, 1977, s. 55-60.

Həmçinin bax[redaktə | mənbəni redaktə et]