Düzələn səhvlər (ing. Righting Wrongs, kantonca: Zhi fa xian feng) — 1986-cı ildə döyüş janrında çəkilən filmdir. Filmin ABŞ versiyasında adı "Qanun naminə" (ing. Above the Law) kimi səslənir.
Düzələn səhvlər | |
---|---|
ing. Righting Wrongs | |
Janr | Döyüş filmi |
Rejissor | Kori Yuen |
Prodüserlər |
Yuan Byao Reymond Çou Leonard Ho Kun-çanq Kori Yuen |
Baş rollarda |
Yuan Byao Sintiya Rotrok |
İstehsalçı | Golden Harvest |
Distribütor | Orange Sky Golden Harvest |
İlk baxış tarixi | 1986, 27 noyabr 1986[2], 24 yanvar 1987[2] |
Müddət |
102 dəqiqə: Orijinal versiya[1] 85 dəqiqə: ABŞ versiyası |
Ölkə | Honkonq |
Dil | Kanton dili |
İl | 1986 |
Çəkiliş yeri | Yeni Zelandiya |
IMDb | ID0094374 |
Hsia Linq-Çenq mafiya başçısını müxtəlif cinayətlərlə bağlı ittiham edən cavan vəkildir. Lakin Yeni Zelandiyada son məhkəmə ərəfəsində əsas şahid naməlum səbəbdən silahlılar tərəfindən öldürülür və Hsia onu xilas edə bilmir. Bu səbəbdən Hsia Linq-Çenq məhkəmə işi ilə şəxsən məşğul olmağa başlayır...
Ad | Kantonca orijinal rolu | İngiliscə rolu | Qeydlər |
---|---|---|---|
Yuan Byao | Hsia Linq-Çenq | Ceyson Çan | vəkil |
Sintiya Rotrok | senyor müfəttiş Sindi Si | Sendi Cons | |
Kori Yen | Coe Do | Coe Do | |
Vu Ma | Tsia dayı | Coenin atası | |
Ceyms Tien | Çou Tinq-kvonq | Conni Kvonq | |
Sendi Çan | Hsia Linq-çinin qız dostu | ||
Pit Kanninqhem | Qara Assassin | ||
Karen Şeperd | Karen | Karen |