Düzyarpaq gəvən

Astragalus mercklinii (lat. Astragalus mercklinii) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin gəvən cinsinə aid bitki növü.

Astragalus mercklinii
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

İlk dəfə Azərbaycanda Talaqon dərəsində tapılmışdır.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 20-40 sm, çətirinin diametri 80 sm olan, sıxbudaqlı, yastıq əmələ gətirən, yarpağını tökən, tikanlı koldur. Tikanları 4-13 sm uzunluqda, möhkəm və yaxud çox oraqvarı əyilmiş, cavanları açıq sarımtıl rəngli olub, yuxarıya meyillidir. Yarpaqaltlıqları cavan vaxtında 1 sm uzunluqda, keçəvari tüklü, darçını rəngdə, sarımtıldır, sonradan azca əyilir. Yarpağı 3-5 cüt, yarpaqcıqları uzunsov- neştərvari, hər iki tərəfdən sıxılmış, tikanlı, keçəvaridir. Çiçəyi sarı, hər yarpağın qoltuğundan 5-7 ədəd çıxaraq, uzunsov, bəzən yumurtavari, 3-5 (8) sm uzunluqda salxım çiçək qrupu əmələ gətirir. Çiçəkaltlıqları qayıqvari, uzun, ucu şiş, üzəri ağ, keçəvari tüklü, kasacığa bərabərdir. Kasacığı qalın, ağ tüklü olub, 8 mm uzunluqda dişləri vardır. Tacı zanbaqvari, yaxud qonur, quruyanda sarımtıl, kasacıqdan 2 dəfə uzun, 18-20 mm uzunluqdadır. Paxlası 1-2 toxumludur. İyun-iyul aylarında çiçəkləyir, meyvəsi avqustda yetişir.

Orta və yuxarı dağ qurşaqlarında, quru-daşlı yamaclarda bitir.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Naxçıvanda yayılmışdır.

Təsərrüfat əhəmiyyəti müəyyən edilməmişdir və mədəni halda becərilmir.

Homotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Tragacantha mercklinii (Boiss. & Buhse) Kuntze

Heterotipik sinonimləri

[redaktə | mənbəni redaktə et]
  • Astragalus holdichianus Aitch. & Baker
  • Astragalus maculatus Bunge
  • Astragalus mercklinii subsp. farsicus Podlech
  • Astragalus schirkuhicus Bornm.
  • Astragalus stictolobus Barneby
  • Astragalus strictilobus Barneby
  • Astragalus sykesiae N.D.Simpson
  • Tragacantha maculata Kuntze