Dırmanan dovşan

Dırmanan dovşanlar, və ya Yapon ağac dovşanı[3] (lat. Pentalagus furnessi), (yap. 奄美野黒兎Pentalagus cinsinə və Leporidae fəsiləsinə aid növ. Mövcud ad amerikan antrapoloqu Vilyam Henri Fuernessin şərəfinə adlandırılıb (1866–1920)[4]. Dırmanan dovşanlar Yaponiyanın endemik canlısıdır.

Dırmanan dovşan
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Dırmanan dovşan
Beynəlxalq elmi adı

Xariçi görünüş

[redaktə | mənbəni redaktə et]

Dırmanan dovşanlar yumşaq, tünd-qəhvəyi xəzə malikdirlər. Qulaqları qısa olub 4–5 sm uzunluğa malik olurlar. Qısa pəncəyə və uzun dırnaqlara malik olurlar. Dırmanan dovşanlar ümumən 40–53 sm uzunluğa malik olurlar. Quyruqlarının uzunluğu 2–3,5 sm təşkil edir. Ümumi çəkiləri 2–3 kq arasında dəyişir[5]

Sakit okeanda yerləşən Amami-Oşima və Tokunoşima adalarında rütubətli subtropik iqlim hökm sürür. Dovşanlar bu adalarda hətta 694 metr yüksəkliklərə qədər olan ərazilərə qədər yayıla bilirlər. 1970–1980 illərdə meşələrdə yerləşən meşələr kütləvi şəkildə qırılsada bu dovşanların həyatına mənfi təsir höstərməmişdir.

Xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

Dırmanan dovşan gecə həyat tərzi keçirən canlılardır. Onlar öz yuvalarını 17:00 radələrində tərk edirlər. Geri qayıtma isə səhər çağı 06:00 radələrində baş verir. Yuvalarına qədər məsafə adətən 2 meyr uzunluğunda və 30 sm enində olur. Yolun sonunda isə 20–30 sm diameyrə malik yuva qurulur. İl ərzində bir necə dəfə 2–3 dənə bala verir. Bu canlılar 29 növə qədər bitki yeyə bilirlər. Ən sevdikləri qida fındıqdır. İnsanlarla təması xoşlamırlar.

Təbii düşmənləri adalarda yaşayan Kufiilərdir (Trimeresurus). Adalara insanların məskunlaşması ilə dovşanların yeni düşmənləri meydana gəlmişdir. Belə ki, insanlardan başqa bura gətirilən itlər və manqustları göstərmək olar.

Qırmızı kitab

[redaktə | mənbəni redaktə et]

1921 ilə qədər Dırmanan dovşanlar qoruma altında olmuşdur. Onların kütləvi ovlanmasının səbəbi ləzzətli ətə malik olmalarıdır. Üstəlik Dırmanan dovşan yaponlara görə malicə güçünə malikdirlər. Hazırda melərin qırılması müəyyən qədər onların həyatına maneə olurlar. 2003-cü il məlumata görə adalarda cəmi 2000–4800 arası dovşan yaşayır. 2005 ildə Yaponiya hökuməti Dırmanan dovşanları qorumaq məqsədi ilə Yava manqustlarının ovuna başlanılmışdır.

Anami və Tokuşima adalarında təsərrüfatlarda əhəlləşdirilmiş Dırmanan dovşanlar saxlanılır. Üstəlik onları Kaqoşima heyvanxanalarında görmək olar.

  1. Integrated Taxonomic Information System (ing.). 2004.
  2. Mammal Species of the World (ing.): A Taxonomic and Geographic Reference. / D. E. Wilson, D. M. Reeder 3 Baltimore: JHU Press, 2005. 35, 2142 p. ISBN 978-0-8018-8221-0
  3. Соколов В. Е. Пятиязычный словарь названий животных. Млекопитающие. Латинский, русский, английский, немецкий, французский. / под общей редакцией акад. В. Е. Соколова. — М.: Рус. яз., 1984. — С. 206. — 10 000 экз
  4. Bo Beolens, Michael Watkins, and Mike Grayson. The eponym dictionary of mammals. — Baltimore: The Johns Hopkins University Press, 2009. — P. 144. — 574 p. — ISBN 978-0-8018-9304-9.
  5. Yamada, F. and Cervantes, F. "Pentalagus fernessi". Mammalian Species. 782. 2005: 1–5. doi:10.1644/782.1.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]