Dəbbətül-ərz

Dəbbətül-ərz (ərəb. دابة_الأرض‎) — İslamda Qiyamət gününün əsas əlamətlərindən biridir.[1] Quranın Nəml surəsində, bu canlı günəş qərbdən çıxdığı zaman baş verəcək. Bu vaxt tövbə aradan götürüləcək; heç bir tövbə qəbul edilməyəcək, heç bir əməl qəbul edilməyəcək.

Canlıda Musanın əsasıSüleymanın möhürü olacaq.[2]

Ümumi məlumat

[redaktə | mənbəni redaktə et]

Qiyamət əlamətlərindən biri hesab edilən əfsanəvi varlıq. Əhdi-ətiqdə əjdahaşəkilli bir varlıqdan müxtəlif adlarla (livyatan, rahav) bəhs edilir (Əyyub 3:8, 9:3, 26:12; Zəbur 74:13, 89:10, Yeşaya 30:7, 51:9-10). Əhdi-cədiddə şeytana bərabər tutulan bu varlığın və tərəfdarlarının Allaha qarşı çıxacağı, sonda isə məğlub olacağı göstərilir (Vəhy 12:13, 13:11-18, 16:13-14, 20:2-3, 7-10). Bu düşüncənin Babil mədəniyyətindən gəlməsi fikri mövcuddur. Dəccal (antixrist) anlayışının yaranmasında Dəbbətül-ərzin təsirinin olması qeyd edilir. Quranda “D.-əDəbbətül-ərz” ifadəsi “ağacqurdu” (34:14) və qiyamət günü yerdən çıxacaq varlıq (27:82) mənasında işlənmişdir. Təfsirlərdə görkəmcə bütün məlum canlılardan fərqlənən, danışa bilən bir varlıq, bəzən də insan obrazında təsvir edilmişdir.

  1. "Qiyamətin əlamətləri". 2016-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-20.
  2. "Evidence of the Hadith". 2021-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-02-20.