DədəBaba

DədəBaba — Azərbaycanda fəaliyyət göstərən və əsasən, rok üslubunda ifa edən satirik qrup.

DədəBaba
Loqonun şəkli
Əsas məlumatlar
Üslub pank-rok, rok, rok-n-roll, reqqi, ska
Fəaliyyət illəri 2015–indiyə kimi
Ölkə  Azərbaycan
Şəhər Bakı
Dil Azərbaycan
Heyət
  • Orxan Musayev
  • Əli Nəsib
  • Hafiz Baxışlı
Keçmiş üzvlər Laçın Ağasıyev

DədəBaba qrupunun üzvləri 2015-ci ilin yayında bir araya gəlsə də, qrup rəsmi olaraq həmin ilin dekabrında fəaliyyətə başlamışdır. Qrupun mahnıları, əsasən, satirik xarakterli olmaqla cəmiyyətdə olan sosial problemlər haqqındadır.[1]

2018-ci ilin martında qrupun "Molotov kotleti" adlı ilk klipinin təqdimatı olmuşdur.[2]

27 may 2019-cu ildə qrupun "Buyurun, keçin, baxın" adlı 15 mahnıdan ibarət ilk albomunun təqdimatı keçirilib. Təqdimatdan sonrakı konsert zamanı qrup Niyaməddin Musayev ilə birlikdə müğənninin "Dünya sənin, dünya mənim" mahnısını ifa etmişdir.[3]

  • Orxan Musayev — bas gitara, vokal (2015–indiyə kimi)
  • Əli Nəsib — baraban (2015–indiyə kimi)
  • Hafiz Baxışlı — gitara (2018–indiyə kimi)

Keçmiş üzv

  • Laçın Ağasıyev — gitara (2015–2018)
  1. "Hər kəs eyni mövzunu oxuyur, eşq gəldi, məhəbbət getdi" (rus). qaynarinfo.az. 2017-06-17. 2019-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-19.
  2. ""«Molotov kotleti»: новый клип рок-группы «DədəBaba»" (az.). 1news.az. 2018-03-16. 2019-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-19.
  3. ""DədəBaba" qrupunun albom təqdimatı olub" (az.). baku.ws. 2019-05-27. 2019-08-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-08-19.