Reqqi — Yamaykaya məxsus musiqi janrıdır. 1960-cı illərin sonlarında Yamaykada ska və rocksteady janrları əsasında təşəkkül tapmışdır. Lakin reqqi onlara nisbətən yavaşdır. Yamayka üslublu rok musiqisi də deyilir. Mənşəyi calypso, rock'n roll, hətta R&B-yə söykənir. Xüsusi bir növü olan "roots reqqi" rastafari hərəkatı ilə çox yaxındır.
Reqqi | |
---|---|
Yarandığı dövr | 1961 |
Ölkə | |
Vikianbarda əlaqəli mediafayllar |
Sevgi, sülh, bərabərsizlik, yoxsulluq kimi mövzularda olur. 1970-ci illərdən sonra məşhurlaşmışdır. Əfsanəvi ifaçı Bob Marli reqqinin dünyada məşhurlaşmasına səbəb olmuşdur.
Reqqi musiqi janrında basslar böyük əhəmiyyət daşıyır. Əsas alətlərdən biri olan barabanın ritmləri Afrika mənşəlidir və ən məşhuru Nayahbingi ritmidir.
1960-cı illərin sonlarında "Toots and Maystals" qrupunun "Do The Reggay" mahnısı ilk reqqi nümunəsi hesab olunur.