Dədə Mehmed Əfəndi (1640, Van əyaləti, Osmanlı imperiyası – 1734, Bursa, Osmanlı imperiyası) — Osmanlı alimi, din xadimi və şairi.[1][2]
Dədə Mehmed Əfəndi | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1640 |
Doğum yeri | |
Vəfat tarixi | 1734 |
Vəfat yeri | |
Fəaliyyəti | Qazəsgər, şair |
1640-cı ildə Vanda dünyaya gəldi. Doğulduğu mühitin məşhur şəxslərindən ilk təhsilini aldıqdan sonra müəllimlərindən Vani Mehmed Əfəndinin qızıyla evləndi. Körpülü Fazil Əhməd Paşanın sədarəti dövründə İstanbula gəldi və müxtəlif mədrəsələrdə müdərris olaraq xidmət etdi. 1699-cu ilin iyununda İstanbul qazısı, 1702-ci ildə Rumeli qazəsgəri təyin olundu. Onun bu qədər sürətli yüksəlişinin səbəbi isə həm qaynatası Vani Mehmed Əfəndinin, həm də bacanağı olan şeyxülislam Seyid Feyzullah Əfəndinin dövrün güclü siyasi fiqurları olması idi. Ancaq 1703-cü ildə çıxan Ədirnə hadisəsi əsnasında Feyzullah Əfəndiyə olan yaxınlığı səbəbilə vəzifədən alındı. Evi yağmalanan Dədə Əfəndi bir müddət Yeddiqüllə zindanlarında həbs tutuldu və ardından Famaqustaya sürgün edildi. Uzun illər orada yaşadı və 1719-cu ildə Bursaya gələrək qalan illərini burada yaşadı. Bursadakı illərini dərs vermək və kitab yazmaqla keçirən Dədə Əfəndi I Mahmudun cülusundan sonra İstanbula çağırılsa da, bundan imtina etdi. 1734-cü ildə Bursada vəfat etdi və evinin yaxınlığında dəfn olundu.