Dəlidağda volframın varlığını 1960-cı ildə Q. Q. Əliquliyev Teymuruçandağ mis-molibden filiz yataqlarının kəşfiyyatı zamanı aşkar etmişdir. O, 1961-ci ildə müəyyən edib ki, Dəlidağ qranitoid intruzivinin şimal-şərq təmas zolaqlarının demək olar ki, bütün damarları volfram daşıyıcısıdır[1].
Filiz damarlarının bir hissəsi intruziv massiv kütləsində qranosienit, sienit-diorit və kvarslı sienitlərlə qarışıq yerləşir[1].