Dəlinmişyaraq oxlivə (lat. Smyrnium perfoliatum) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin çətirkimilər fəsiləsinin oxlivə cinsinə aid bitki növü.
Dəlinmişyaraq oxlivə | ||||||||
---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Dəlinmişyaraq oxlivə |
||||||||
Beynəlxalq elmi adı | ||||||||
|
Hündürlüyü 80 sm olan ikiillik çılpaq ot bitkisidir. Kökü yumurtaşəkilli və ya şarşəkilli qalınlaşmışdır. Gövdəsi düz, budaqlanmış, tinləri ensiz qanadlıdır. Kökətrafı yarpaqları saplaqlı, ikiqat və ya üçqat üçər-bölümlü yumurtavari; gövdə yarpaqları oturaq, yumurtavari, əsasında ürəkvari; yuxarı yarpaqları tamdır. Çətiri oturaq və ya saplaq üzərində, 6-10 ədəd şüalıdır. Ləçəkləri yaşılımtıl-sarı rənglidir. Sarğı və sarğıcıqları yoxdur. Meyvələri yumurtavari-şarvari, 3 mm uzunluqda, demək olar ki, qara, parlaq, qabırğalarının arası torvari qırışlıdır. Gövdə yarpaqları oturaqdır, yumurtaşəkilli, dərin ürəkşəkilli qaidəsi vardır, üçərdir, üçbölümlüdür, kənarları dəyirmi dişlidir; yuxarı yarpaqları bütövdür, gövdə həcmini artırandır. Qını yoxdur. May-iyun aylarında çiçəkləyir, iyun-iyul aylarında meyvə verir.
Böyük Qafqazın şərq və qərb hissələrində, Kiçik Qafqazın mərkəzi və cənub hissələrində, Naxçıvnda dağlıq, orta dağ qurşağına qədər yayılmışdır.
Qaranlıq dağ meşələrində və kolluqlarda rast gəlinir.
Ədviyyat kimi istifadə olunur, yağının gözəl ətri vardır.