Dəməşq Milli Muzeyi

Dəməşq Milli Muzeyi‎ (ərəb. المتحف الوطني بدمشق‎‎) — Suriyanın paytaxtı Dəməşqin mərkəzində muzey. Muzeyin ən məşhur hissəsi II əsrə aid olan və orada yenidən qurulmuş Dura-Evropos sinaqoqudur. Dəməşq Milli Muzeyi şəhərin qərb hissəsində, Dəməşq Universiteti ilə Süleymaniyyə təkyəsi arasında yerləşir.

Dəməşq Milli Muzeyi
المتحف الوطني بدمشق
Xəritə
Əsası qoyulub 1919
Açılış tarixi 1936
Ölkə
Yerləşir Dəməşq
33°30′45″ şm. e. 36°17′24″ ş. u.HGYO
virtual-museum-syria.org/…
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Eksponatların toplanmasına 1919-cu ildə başlanılmış,[1] indiki bina isə 1936-cı ildə tikilmişdir.[2] Eksponatlar 5 zalda saxlanılır. Daş dövrünə aid qalıqlar və skeletlər var. Eksponatların çoxu Ebla, Uqarit kimi qədim yerlərdə tapılmışdır.[3] Bunlardan ən əhəmiyyətlisi dünyanın ilk əlifbasıdır. RomaBizans eksponatları var. Buraya çoxlu nadir heykəllər, həmçinin daş və mərmər sarkofaqları daxildir. Burada zərgərlik bölməsi və bir çox digər eksklüziv eksponatlar var.[4]

  1. "Damascus National Museum". The Syrian Digital Library of Cuneiform. SDLC. 8 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 30 October 2018.
  2. "National Museum of Damascus". www.sothebys.com. Sotheby's. 29 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 October 2018.
  3. Darke, Diana. Syria. Bradt Travel Guides. 2010. səh. 110. ISBN 9781841623146.
  4. Beattie, Andrew; Pepper, Timothy. The Rough Guide to Syria. 2001. səh. 91. ISBN 9781858287188. 2023-07-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-26.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]