Dəmir Qvardiya (rum. Garda de fier) - Rumıniyada[1] Arxangel Mixail Legionu (Legiunea Arhanghelului Mihail) və ya Legioner hərəkatı (Mișcarea Legionară) kimi Korneliu Zelya Kodryanu tərəfindən 1927-ci ildə qurulmuş faşist siyasi partiya və hərəkat.[2] Cəmiyyət ultranasionalist, antisemitik, antimacar, antisiqanist, antikommunist idi və Şərqi Ortodoks Xristianlığını dəstəkləyirdi. 1930-cu ilin martında Kodryanu Legionun yarımhərbi siyasi qolu kimi Dəmir Qvardiyanı yaratdı və 1935-ci ildə Legion öz rəsmi adını "Totul pentru Țară" partiyası ("Hər Şey Ölkə Üçün" Partiyası) olaraq dəyişdirdi. O, sadəcə, İkinci Dünya müharibəsinin əvvəllərində mövcud oldu. Partiyanın üzvləri geyindikləri yaşıl formalar səbəbiylə "Yaşıl köynəklilər" olaraq adlanırdı.[3]
Dəmir Qvardiya | |
---|---|
Quruluş tarixi | 24 iyul 1927 |
Dağılma tarixi | 1945 |
Baş qərargah | |
İdeologiya | antikommunizm, Antisemitizm |
İdeoloji spektr | ifrat sağçılıq |
Vikianbarda əlaqəli mediafayllar |
Marşal Yon Antonesku 1940-cı ilin sentyabrında hakimiyyətə gələndə Milli Legioner Dövləti yaradaraq, Dəmir Qvardiyanı idarəetməyə gətirdi. Ancaq, 1941-ci ilin yanvarında Legionerlər üsyanından sonra Antonesku təşkilatı dağıdaraq, ordu vasitəsiylə hərəkatı basdırdı. Hərəkatın Horiya Sima və digər liderləri Almaniyaya qaça bildi.