Antonesku (Antonescu) Yon (rum. Ion Victor Antonescu; 2 iyun 1882[1][2] – 1 iyun 1946[3][4][…]) — Rumıniya hərbi-faşist diktatoru, marşal (1941).
Yon Antonesku | |
---|---|
rum. Ion Victor Antonescu rum. Ion Antonescu | |
Doğum tarixi | 2 iyun 1882[1][2] |
Vəfat tarixi | 1 iyun 1946[3][4][…] (63 yaşında) |
Vəfat səbəbi | güllə yarası[d] |
Fəaliyyəti | siyasətçi, hərbi qulluqçu, diplomat |
Partiyası | |
Vikianbarda əlaqəli mediafayllar |
1907-ci ildə kəndli üsyanının yatırılmasında, 1919-cu ildə Rumıniyanın Macarıstana müdaxiləsində iştirak etmişdir. 1933–34-cü illərdə Baş qərargahın rəisi, 1938-ci ildən isə müdafiə naziri olmuşdur. 1940-cı ildə Rumıniyanın tam hüquqlu diktatoru oldu. Faşist ölkələri ilə birlikdə SSRİ-yə qarşı müharibəyə qoşulmuşdur (1941, iyun). Sovet qoşunları Rumıniyaya daxil olduqdan sonra Y. Antonesku həbs edilmiş (1944, 23avqust) və hərbi cinayətkar kimi edam olunmuşdur.[5]