Dəmirağac

Dəmirağac — (lat. Parrotia persica (DC.) C. A. Mey.). Dəmirağackimilər — (Hamamelidaceae R. Br.) fəsiləsinə aid bitki növü.

Dəmirağac
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Dəmirağac
Beynəlxalq elmi adı

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir –NT. Azərbaycanın nadir növüdür.[1][2]

Qısa morfoloji təsviri

[redaktə | mənbəni redaktə et]

12–22 (25) m boyunda, artıq dərəcədə qollu –budaqlı ağacdır. Çətiri yumurtavari və ya enli-yumurtavaridir. Tumurcuqları iyvaridir, 6–11 mm uzunluğundadır. Yarpaqları 4–10 (13) sm uzunluğunda, 3–6 (8) sm enindədir, dərivari –Kağızvaridir. Növbə ilə düzülmüşdür, yumurtavari, tərs-yumurtavari və ya ellipsişəklindədir. Çiçəkləri ikicinsli, qısa saplaqlıdır. Çiçəklər yarpaqlardan qabaq açılır. Kasacığı zəngvari, dərivaridir, 5–7 ədəd yarpaqvari dilimləri vardır. Erkəkcikləri 6–7 –dir, onlar kasacığın dilimləri qarşısında yerləşmişdir. Meyvəsi dəyirmi-ovalşəkillidir, ikiyuvalı ağaclaşmış qutucuqdur, 10–14 mm uzunluğundadır. Toxumları oval-yumurtavari, sivri, açıq-qonur rəngli, parlaqdır.[3]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

[redaktə | mənbəni redaktə et]

fevral –mart aylarında çiçəkləyir. Meyvələri avqust-sentyabr aylarında yetişir. Tozlanması anemofildir. Toxumla və pöhrələrlə çoxalır. Az və ya çox podzollaşmış gillicəli və ağır – gilli sarımtıl torpaqlarda inkişaf edir. Ovalıqda dağətəyi zolaqda və aşağı dağ qurşağında, dəniz səvviyəsindən 400–600 m yüksəkliyədək olan ərazilərdə xalis və ya qarışıq meşələr əmələ gətirir. Tək-tək ağaclara dəniz səviyyəsindən 1000–1200 m yüksəkliyədək təsadüf edilir. Əsasən bigəvərdən və cansız örtükdən ibarət xalis dəmirağacı meşə tipi çox yayılmışdır. Həm təmiz , həm də iki-üç mərtəbəli qarışıq meşəlik yaradır. Üst mərtəbəni şabalıd yarpaq palıd, vələs, azat ağacı və ya qafqaz xurması, orta mərtəbəni dəmir ağacı, alt mərtəbəni isə bigəvər, şümşad və b. Kollar təşkil edir. Dekorativ bitkidir. Oduncağı çox ağırdır, möhkəm və bərkdir, sıx, bircinsli və az elastikdir, keyfiyyət əmsalları yüksəkdir. Oduncağı texnikada və sənayədə tətbiq edilir.[3][4]

Lənkəran ovalığı (Lənkəran rayonu –Mamusta Rvo və Təngivan kəndləri), Lerik rayonu (Piran kəndi), Astara rayonu (Maşxan kəndi, Lənkəranın dağlıq hissəsi, Lənkəran –Muğanı (Masallı rayonu –İmanlı kəndi, Viləşçay vadisi), Böyük Qafqazın şərq hissəsi (Qəbələ rayonu –Çuxur Qəbələ kəndi), Hirkan meşələrində 7, 4 min ha sahəni tutur.[4]

Sayı və tendensiyası

[redaktə | mənbəni redaktə et]

Populyasiyası məhdud sahələrdə yayılmıştır, mənfi təsirlərə həssasdır.[5][6]

Məhdudlaşdırıcı amillər

[redaktə | mənbəni redaktə et]

Antropogen amillər.[2]

Mühafizə tədbirləri

[redaktə | mənbəni redaktə et]

Hirkan Milli Parkında mühafizə olunur.[7]

Dəmirağac möhkəm oduncağa malik olduğundan, əsasən, telefon və elektrik dirəkləri üçün, körpülərin tikilməsində, maşın və alətlərin bəzi hissələrinin hazırlanmasında istifadə edilir.

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Təbii halda Zaqafqaziyada yayılmışdır. Arealı-Azərbaycanda (Talış dağları) və İranda (Elburs) Xəzər sahilinin yaxınlığında relikt meşələrdir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Hündürlüyü 25 m-ə çatan, qollu-budaqlı yarpağı tökülən ağacdır. Gövdəsi qısa, diametri 1,5m-dək, budaqları və qabığı-boz, bəzən qırmızımtıl çalarlı, çətirinin diametri 8–15 m-dir. Yarpaqları dərili, oval, tərs-yumurtavari, ətli olub, qısa saplaqlı, uzunluğu 6–15 sm və eni 4–10 sm, yayda yaşıl, payızda sarı, qırmızıdır. Çiçəkləri ikicinslidir. Çiçəkləri ləçəksiz, 5–7 hissəli, kasacıqlı və 5–7 erkəkciklidir. Çiçəkləri dəstə ilə budaqların ucunda yerləşir. Çiçəkləməsi yanvar ayından başlayaraq aprel ayına qədər davam edir. Çiçəkləmə yarpaqlamadan qabaq müşahidə edilir. Meyvəsi ikiyuvalı qutucuq, 5–8 mm uzunluqdadır. Oktyabr ayında yetişir. Tоxumu oval formada, sarımtıl rəngdə, 5–6 mm uzunluqdadır. Tоxumla çoхaldılır.

Dəmirağac subtropik və ya isti mülayim zonalarda, dəniz səviyyəsindən 700 m-dək yuxarı dağlarda bitir. Kölgəyə davamlı, rütubətə tələbkar, istisevəndir. Çay və bulaqların ətrafında rütubətli torpaqlarda və quru yerlərdə rast gəlinir. −250C-dək şaxtalara dözür. Əsasən 200 ilədək yaşayır.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Lənkəranda, Astarada təbii halda bitir.

Möhkəmliyinə görə balta, çərçivə, döşəmə taxtası, müxtəlif taxtayonan əşyaların düzəldilməsində istifadə edilir. Yaşıllaşdırmada geniş istifadəsi məqsədyönlüdür. Oduncağı bərk və möhkəm, bəzən sudan ağır, çəhrayı-qonurdur.

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.
  1. Azərbaycan Respublikasının Qırmızı kitabı Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri II nəşr, Bakı-2013
  2. 1 2 "Arxivlənmiş surət". 2021-01-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-12-20.
  3. 1 2 Azərbaycanın ağac və kolları, 1964
  4. 1 2 Azərbaycan SSR-in Qırmızı kitabı; 1989
  5. Safarov H. M., 2009
  6. Tərtibçinin məlumatı
  7. Safarov H. M., 2010