Dənyeyən böcəklər (lat. Bruchinae) — heyvanlar aləminin buğumayaqlılar tipinin həşəratlar sinfinin sərtqanadlılar dəstəsinin yarpaqyeyənlər fəsiləsinə aid heyvan yarımfəsiləsi.
Dənyeyən böcəklər | ||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Tipüstü: Ranqsız: Ranqsız: Tip: Klad: Yarımtip: Sinif: Ranqsız: Yarımsinif: Budaq: İnfrasinif: Ranqsız: Dəstə: Yarımdəstə: İnfradəstə: Klad: Fəsiləüstü: Fəsilə: Yarımfəsilə: Dənyeyən böcəklər |
||||||||||
Beynəlxalq elmi adı | ||||||||||
|
||||||||||
|
Xırda böçəklər olub, bədəni qabarıq, başı qabaq döşə tərəf çəkilmişdir. Qanadüstlükləri qarıncığın arxa ucunu örtmür. Ağ sürfələri yoğun, ayaqsız, S-şəkillidir. 900-dək növü məlumdur. Bunlardan 50-dən çox növünə Azərbaycanda rast gəlinir. Əsasən, paxlalı, həmçinin ot, sarmaşıq, çətirçiçəklilər fəsiləsindən olan bitkilərin toxumlarında yaşayır. Noxud və lobya dənyeyəni çox zərərlidir.