Dərə Şahbuz — Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonu ərazisində qədim yaşayış yeri. Eneolit dövrünə aid yaşayış yeri rayonunun Külüs kəndindən şimalda, Külüsçayın sağ sahilində yerləşir.[1].
Buradan aşkar olunan keramika məmulatı başlıca olaraq iki qrupa ayrılır. Birinci qrup qum qarışıq gildən, ikinci qrup isə saman qarışıq gildən hazırlanmış keramikalardır.[1] Keramika nümunələri Qarğalartəpəsi və Şomutəpə abidələrindən aşkarlanan keramika ilə bənzərlik təşkil edir.[2]