Külüs

KülüsAzərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda kənd.[1]

Külüs
39°21′43″ şm. e. 45°39′38″ ş. u.HGYO
Ölkə
Tarixi və coğrafiyası
Mərkəzin hündürlüyü 1.536 m
Saat qurşağı
Xəritəni göstər/gizlə
Külüs xəritədə
Külüs
Külüs
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Bəzi mənbələrə görə kəndin adı Sakların bir qolu Kol tayfası və Oğuzların(Uz) ərazidə məskulaşması ilə yaranmışdır. IV əsrdə Kəngərli tayfasının Səleykə qolu , sonralar isə Salahlı , Qaramanlı və başqa tayfalar məskunlaşmışdır. Bəzi tədqiqatçılar isə oykonimin kühül (mağara) sözündən düzəldiyini ehtimal edirlər. Altay dillərində, o cümlədən 419 monqol dilində kuluz "qamış" mənasında işlənir. Güman etmək olar ki, kəndin ərazisi qamışlıq olduğu üçün belə adlandırılmışdır, lakin Zəngəzur mahalında Qarakilsə rayonunda Uz kəndi, Şəki kəndi və s., Babək rayonunda Kültəpə, Qərbi Azərbaycan ostanında(İran) Kulus (Kolus) kəndlərinin olması Sak-Kol və Oğuz — Uz tayfa ittifaqlarının mövcudiyyətini və kənd adlarında qorunmasını sübut edir.[2]

Külüsün ərazisi qədim və tarixi yaşayış yerləri, abidələr, qəbirlər, nekrapollarla zəngindir. Kəndin tarixi orta tunc dövründən başlayır. Haqqıxlıq, Köhnə Külüs, Dev damı, Əyrək, Şansu ölən, Əşgab, Qaradağ, Sarıdağ, Külüs qalası (tamamilə dağılıb) kimi yerlərdə qədimdə yaşayışın olduğu sübut edilib. Haqqıxlıqda aparılan arxeoloji qazıntılarda eradan əvvəl III–II minilliyə aid tunc xəncər, ox ucu, qablar və haqqıqdan (əqiqdən) muncuqlar, bəzək əşyaları tapılıb.

Külüsün ərazisi qədim və tarixi yaşayış yerləri, abidələr, qəbirlər, nekrapollarla zəngindir. Külüsün ərazisi qədim və tarixi yaşayış yerləri, abidələr, qəbirlər, nekrapollarla zəngindir. Külüs kəndi Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda, Zəngəzur dağlarının orta dağlıq qurşağında, dəniz səviyyəsindən1500–2000 m-ə yaxın yüksəklikdə, Şahbuzçayın (Kulusçayın) hər iki sahilində yerləşir. Külüsün ərazisi qədim və tarixi yaşayış yerləri, abidələr, qəbirlər, nekrapollarla zəngindir. Kəndin tarixi orta tunc dövründən başlayır. Haqqıxlıq, Köhnə Külüs, Dev damı, Əyrək, Şansu ölən, Əşgab, Qaradağ, Sarıdağ, Külüs qalası (tamamilə dağılıb) kimi yerlərdə qədimdə yaşayışın olduğu sübut edilib. Haqqıxlıqda aparılan arxeoloji qazıntılarda eradan əvvəl III–II minilliyə aid tunc xəncər, ox ucu, qablar və haqqıqdan (əqiqdən) muncuqlar, bəzək əşyaları tapılıb. Bəzı mənbələrə görə Külüs sözünün mənası eradan əvvəllər Qafqaz istiqamətində böyük köç edən hun tayfa ittifaqları tərkibində olmuş sakların bir qolu olan kol və qıpçaq-peçenek-oğuzların bir digər qolu olan uzların bu bölgəyə yerləşməsi ilə meydana çıxmışdır. Şahbuz rayonunda Biçənək, Babək rayonunda Kültəpə, Qarakilsə rayonunda (indi Sisyan rayonu) Uz kəndlərinin olması bir daha sübut edir ki, Külüs kəndi qədim türk yurdudur. Eramızın I–V əsrlərində albanların, orta əsrlərdə isə türk-kəngərli tayfasının bir qolu olan salayçıların və Qazax tayfalarından salahlıların bir digər qolunun bu qədim türk yurdunda məskunlaşması və yerli türklərlə qaynayıb-qarışması bu kəndin türklüyünü daha da gücləndirir. Kəndin adı 1590-cı ildə vergi yıgılması üçün tərtib edilən qeydiyyat dəftərində Külüs kimi qeydə alınmış və adı tarix boyu dəyişikliliyə uğramamışdır. Osmanlıların 27 avqust 1727-ci ildə tərtib edilən "Naxçıvan sancağının müfəssəl dəftəri"ndə qeyd olunur ki, Külüs kəndi il ərzində dövlətə 9 min ağça vergi ödəyir. Bu vergi ölçüsünə görə Şahbuz və Qarababa Məzrəsinin ödədiyi (12 min ağça) vergidən sonra ikinci yerdə idi. Bu isə onu göstərir ki, Külüs kəndinin və o cümlədən, qədım Əyrək kəndinin istifadə edilən torpaqlarında taxıl, qaba yem üçün xaşa və.s.əkilirdi. Külüs kəndindən keçən çayın sol tərəfində yerləşən gümbəzvari Qaradağın adı "Kitabi Dədə Qorqud"da çəkilir. Şahbuz rayonunuda yeganə kənddir ki, ərazisində beş ziyarətgah var. Maraqlı burasıdır ki, bu ziyarətgahlar islamdan əvvəlki ənənələrlə ziyarət olunur. Əşgab piri, Kaha piri, Qara pir, Sarı pir və Xəşdaş deyilən ziyəratgahlarda indi də Novruz bayramında şamlar və neftə batırılmış pambıqdan düzəldilən piltələr yandırılır. 1918–1920-ci illərə aid səngərlər var. O zaman ermənilərin təcavüzündən qorunmaq üçün istifadə edilib. Kənddə yaşayan Məhmətlilər, Qaramanlı və ya Qəhrəmanlı tayfalarının kökü Anadoluya, Bəyliklilərin kökü Kəngərlilərə gedib çıxır. Bundan başqa Cərrovlular, Kəlbisünnülər, Talıblılar , Cavadlılar, Babacıqlılar adlı tayfalar da kənddə yaşayır. Kəndin igid oğlanları Qaçaq Quşdanın dəstəsində ermənilərə qarşı mərdliklə döyüşmüşlər və vətənlərini canları bahasına qorumuşlar. Sonralar II dunya muharibəsində və 1988–1994-cü illərdə I Qarabağ muharibəsində bu kənddən neçə-neçə igidlər qəhrəmanlıqla döyüşmüş, vətənlərini qorumuşlar.

Tarixi abidələri

[redaktə | mənbəni redaktə et]
  • Əyrək nekropolu
  • Haqqıxlıq nekropolu – e.ə II–I minilliklərə aiddir. 1990-cı ildə arxeoloji qazıntılar aparılmış, iki qəbir təmizlənmişdir. Tunc xəncər, nizəucluğu, heyvan sümükləri, əqiq muncuqlar, bilərzik, sırğa, tunc üzük, küpə, kasa, qədəh, parç formalı gil qablar tapılmışdır. H aqqıxlıq adı isə burda tapılan əqiq muncuqların yerli tələffüzündən yaranmışdır.[mənbə göstərin]
  • Külüs nekropolu – Son Tunc və İlk Dəmir dövrünə aid arxeoloji abidə (II minilliyin sonu- I minilliyin əvvəli) [mənbə göstərin]
  • Köhnə Külüs yaşayış yeri – Culfa rayonu Göynük kəndi ilə Şahbuz rayonu Külüs kəndi arasında, Xornuçayın sağ sahilində arxeoloji abidə — yaşayış yeri. Sahəsi 24000 kvadrat metrdir və XIV–XIX əsrlərə aiddir.[mənbə göstərin]
  • Külüs yaşayış yeri – Sahəsi 14800 kvadratmetrdir və e.ə XI–VI əsrlərə aiddir. Qaradağın şimal yamacında, 1620metr yüksəklikdə yerləşir.[mənbə göstərin]
  • Qaradağ yaşayış yeri — Qaradağın ətəyində, Şahbuz çayının sahilində yerləşir, X–XIX əsrlərə aiddir.[mənbə göstərin]
  • Alban kilsəsi – IV əsrə aiddir.[mənbə göstərin]

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Külüs kəndi Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda, Zəngəzur dağlarının orta dağlıq qurşağında, dəniz səviyyəsindən 2,000 metr (6,600 ft)-ə yaxın yüksəklikdə, Şahbuzçayın hər iki sahilində yerləşir.

Əhalisi 1208 nəfərdir.(2009-cu il)[3]

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]
  • Telman Abdinov – Azərbaycan Respublikasının əməkdar rəssamı
  • Səməd Canbaxşiyev – telejurnalist, Naxçıvan Muxtar Respublikasının Əməkdar artisti
  • Həbibə Allahverdiyeva- Naxçvan Muxtar Respublikasının Əməkdar Rəssamı, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı
  • Qəzənfər Məhərrəmov- texniki elmlər üzrə fəlsəfə doktoru
  • Həbib Allahverdiyev- Naxçıvan Muxtar Respublikasının Əməkdar Rəssamı
  • Seyfəli Qəhrəmanov- Biologiya üzrə fəlsəfə doktoru, AMEA Naxçıvan Bölməsinin əməkdaşı
  • Namiq Abbasov — biologiya üzrə fəlsəfə doktoru, AMEA Naxçıvan Bölməsinin şöbə müdiri
  • Heyvəli Əmirov -yüksək ixtisaslı əmtəəşünas Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Bakı Makaron Fabrikinin keçmiş baş direktoru.
  • İbrahim Hüseynov- müstəntiq, Naxçıvan Şəhər Prokurorluğu
  • Seymur Qarayev — hakim, Şərur rayon məhkəməsi
  1. Azərbaycan Respublikasının inzibati — ərazi bölgüsü. Məlumat toplusu. Bakı – 2013. 488 səh
  2. Külüs // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.
  3. Azərbaycan Respublikası Əhalisinin Siyahıyaalınması. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. Bakı-2010. Səh.629