Dərgəməlik yaşayış yeri — Ordubad rayonunun Bist kəndindən şimalda, dağların arasında yerləşir. Yaşayış yerindəki binalar daş, möhrə və kvadrat formalı çiy kərpicdən inşa olunmuşdur. Evlərin qapı və pəncərələri dördkünc formalı olub, başlıca olaraq cənuba yönəlmişdir. Evlər bir, iki, bəzən isə üç otaqlıdır. Onların içərisində divarlarda inşa olunmuş buxarılar vardır. Bəzi evlərin divarlarında kiçik dördkünc formalı taxçalara rastlanır. Yaşayış yerinin yaxınlığında bulaq vardır. Araşdırmalar zamanı yaşayış yerindən çəhrayı rəngdə bişirilmiş şirli və şirsiz keramika məmulatı, о cümlədən mətbəx qablarının parçaları aşkar olunmuşdur. Keramika məmulatına əsasən, yaşayış yerini XIV–XVIII əsrlərə aid etmək olar.[1]