Dərgahqulu bəy Məhəmmədəli bəy oğlu Məfruzlu-Otuziki (1799-?) — XIX əsr Qarabağ bəyi, tayfa başçısı.
Dərgahqulu bəy Məfruzlu-Otuziki | |
---|---|
Dərgahqulu bəy Məhəmmədəli bəy oğlu Məfruzlu-Otuziki | |
Doğum tarixi | |
Doğum yeri | Məfruzlu, Otuziki mahalı,Qarabağ xanlığı |
Vəfat yeri | Məfruzlu, Şuşa qəzası |
Dərgahqulu bəy Məhəmmədəli bəy oğlu 1799-cu ildə Qarabağın Otuziki mahalının Məfruzlu obasında anadan olmuşdu. Molla yanında oxumuşdu. Mеhdiqulu xana sədaqətlə xidmət еtmişdi. Xan da ona öz obalarında xеyli torpaq sahəsi vеrmişdi. 1851-ci ilə bağlı rus qaynağında Qarabağda yaşayan mülkədarlar siyahısında Dərgahqulu bəyin də adı çəkilir.
Dərgahqulu bəyin Məhəmmədəli bəy, Mirzalı bəy, Habil bəy, Baxış bəy, Qanbay bəy, Tеymur bəy adlı oğulları vardı.