Dəriçilər körpüsü

Dəriçilər körpüsü və ya Dabbaqçılar körpüsü (alb. Ura e Tabakëve) — XVIII əsrdə, Osmanlı imperiyası dövründə Tirana ərazisində tikilmiş körpü. Körpü Dabbaq məscidi yaxınlığında yerləşir. Daha əvvəl körpü, Tirananı şərq dağlıqlarına bağlayan və mal karvanlarının şəhərə gedişi olan Müqəddəs Qeorqe yolunun bir hissəsi idi. Körpü dəri aşılayan dabbaq dünkanlarının qarşısında yerləşdiyindən bu cür adlandırılmışdır. 1930-cu illərdə Lana çayının istiqaməti dəyişdikdən sonra körpü əhəmiyyətini itirir. 1990-cı illərdə piyada körpüsü olaraq bərpa edilir.

Dəriçilər körpüsü
alb. Ura e Tabakëve
Xəritə
41°19′35″ şm. e. 19°49′33″ ş. u.HGYO
Keçid piyadalar üçün
Yeri Tirana vilayəti
Üslubu Aşırımlı körpü
Material XVIII əsr
Uzunluğu 8 metr
Eni 2,5 metr
Hündürlüyü 3,5 metr
Açılışı 11 may 2017
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dəriçilər körpüsü Tirananı Şenqyorqi ilə birləşdirən yolun üzərində yerləşirdi[1]. Tiranadan Debara gedən yolun üzərində yerləşən körpü ilə gedərkən Priske Madhe, Kafe-Priske, Dome, Şenqyorqi, sonra Bize, Martaneş, Zerqana ilə rastlanılırdı.[1]. Bu yolla kəndlilər öz məhsullarını şəhərə daşıyırdılar. Körpünün yerləşdiyi əraziyə yaxın, dəri aşılayanların və qəssabaların dükan və sexləri vardı. Onlarda əsasən adlı-sanlı ailələrə məxsus idilər. Qəssablar və dəri aşılayanlar o zaman eyni peşənin nümayəndələri hesab edilirdi. Onlar ümumilikdə "Tabakye"[1] adlanırdı.

1930-cu illərə qədər körpü sərbəst şəkildə keçid məqsədilə istifadə edilirdi. Bu çayın istiqamətinin dəyişdirilməsinə qədər bu cür davam edir[1]. Bundan sonra körpü əhəmiyyətini itirir. Ancaq 1990-cı illərdə onun ətrafı təmizlənilir və piyada körpüsü olaraq təmir edilir. 2007-ci ildə "Hərəkətdəki etnoqrafiya" layihəsinin mühəndislərindən biri Albaniya Teleqraf Agentliyinə (Agjencia Telegrafike Shqiptare) bildirib ki, körpüdə yeraltı bərpa işləri tamamlanmışdır[2]: köprünün hər iki tərəfində bir süni gölməçə təşkil edilib və körpü dirəkləri kirdən və lildən təmizlənmişdir[2]. Bu layihənin bir hissəsi olaraq, Albaniya mədəniyyət obyektlərinin qorunması nəzərdə tutulurdu. Dəriçilər körpüsündən aralıda bazarın və 26 noyabr 1912-ci ildə Albaniya bayrağının qaldırıldığı meydanın bərpası və yenidən qurulması layihəyə daxil idi.[2]. Tirana hökuməti körpünü şəhərin ən əhəmiyyətli mədəniyyət abidələrindən biri hesab edir. Belə ki, onu Osmanlı mühəndisliyi modeli və XVIII əsrdə şəhər inkişafının sübuttu kimi qoruyur[1].

  1. 1 2 3 4 5 "Ura e Tabakëve". Tirana municipality. 2019-04-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-04-05.
  2. 1 2 3 TanMedia. ""Ura e Tabakeve" rikthehet ne identitet" (alban). Tan portal. 23 August 2007. 16 July 2011 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 September 2010.