Dəri ağacı

Dəri ağacı (lat. Mimosa tenuiflora) — paxlakimilər fəsiləsinin mimoza cinsinə aid bitki növü.

Dəri ağacı
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

[redaktə | mənbəni redaktə et]

Braziliyanın şimali-şərq hissəsində, şimalda, Meksikanın cənub hissəsində 1000 m hündürlükdə, quru düzənliklərdə, seyrək meşələrdə bitir.

Botaniki təsviri

[redaktə | mənbəni redaktə et]

Gövdəsinin üzərində az iynələri olan dekorativ, kiçik ağacdır. İynələri bünövrəsində enli, uzunluğu 3 mm-dir. Yarpaqları nazik bölünmüş, lələkvari, uzunluğu 3–5 sm-dir. Çiçəkləri ağ rəngli, silindrik, möhkəm olmayan sünbülvari çiçək qruplarında yerləşmiş, ətirlidir. Meyvələrin uzunluğu 2,5–3,0 sm, 4–6 hissəyə bölünmüşdür. Təbiətdə meyvə və toxumları ana bitkidən 5–8 m radiusda küləklə ətrafa yayılır. Sulfat turşusundan istifadə yolu ilə toxumların straitifikasiyası və ya onların qabığının mexaniki zədələnməsi cücərməni çox artırır. Toxumları qumlu torpağa səpilə bilər.

Becərmək üçün şaxtaya davamlılığın IX və ya yuxarı zonası tövsiyə olunur. Mimosa tenuifloranı yağış mövsümündə budamaq məsləhət deyil, bu bitkinin məhvinə səbəb ola bilər.

Azərbaycanda yayılması

[redaktə | mənbəni redaktə et]

Lənkəran, Astarada və Abşeronda becərilir.

Bu kiçik ağacın köklərindən nigerin adlanan alkaloid, gövdəsinin qabığından isə psixoaktiv dərman hazırlanır. Hindlilər onu "cənub ağacı" adlandırırlar, ondan alınan maddə zədələnmiş dərinin epidermisini bərpa edir.