Dərya Hüdayı (fars. دريا هدائى, ing. Darya Hodaei, 21 sentyabr 1989, İran) amerikalı-iranlı əczaçı və uşaq Yazıçıdır. İran Azərbaycanının Təbriz şəhərində doğulub boya-başa çatmışdır. 9 yaşından etibarən qısa hekayələr yazmağa başlayan Dərya daha sonra Təbriz milli univeristesindən əczaçılıq üzrə elmər doktoru dərəcəsi almışdır. 26 yaşında ABŞ-yə köçmüş və əczaçılıq peşəsini inkişaf etdirməyə çalışmışdır. Eyni zamanda Dərya Hüdayı uşaq ədəbiyyatına və ana dilinə öz yaradıcılığında diqqət ayıraraq Amerikada uşaq kitabları müəllifi oldu. Kitab nəşri ilə yanaşı hazırda Florida ştatının Mayami şəhərində yaşayan Dərya Hüdayı özünün "EnglishAzerbaijani" platformasında baş direktor vəzifəsində çalışır. Dərya Hüdayı Azərbaycan türklərinin mədəni adət-ənənələri haqqında videolar və məzmunlar hazırlayır. Onun "Jirtdan’s Halloween" ("Cırtdanın Helloini") kitabı mediada geniş işıqlandırılmış və Amazon satış platformasının "ən çox satılanlar" siyahısına daxil olmuşdur. Dərya Hüdayı Azərbaycan dilini və mədəniyyətini dünyaya daha geniş tanıtmağı öz gələcək fəaliyyətinin əsas istiqaməti kimi müətyənləşdirib.[1][2][3][4][5][6][7][8] [1]
Dərya Hüdayı | |
---|---|
دريا هدائى | |
| |
Doğum tarixi | 21 sentyabr 1989 (35 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | Amerikalı |
Milliyyəti | Amerikalı-İranlı |
Təhsili | Əczaçılıq həkimi |
Fəaliyyəti | Uşaq kitabı yazar və dil/kultur aktivist. Əczaçı |
Əsərlərinin dili | Azərbaycan Türkcəsi, İngiliscə |
İlk əsəri | Azərbaycan Türkcəsinin əlifbası və sayıları |
Tanınmış əsəri | Cırtdanın Hallovini |
daryahodaei.com |