Dəyirman dərəsi yaşayış yeri

Dəyirman dərəsi yaşayış yeri — Yuxarı Yaycı kəndindən şərqdə Ağbulağın yaxınlığında yerləşir. Burada dağ çayının sağ sahilində qaya parçalarından tikilmiş dördkünc formalı bina qalıqları və boru şəklində yonulmuş iri qaya parçalarına rastlanmışdır. Yerli əhalinin məlumatına görə burada vaxtilə dəyirman olmuşdur. Lakin hazırda о tamamilə dağıdılmışdır. Yaşayış yerindən Erkən Orta əsrlərə aid bir neçə keramika parçası aşkar olunmuşdur. Yaşayış yerini III–X əsrlərə aid etmək olar[1].

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. Bахşəliyеv, Vəli. Nахçıvаnın аrхеоlоji аbidələri (PDF) (az.). Bakı: "Elm". 2008. 301s. 2019-04-12 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2019-04-12.