DARVO ("inkar et, hücum et, qurbanı və cinayətkarı əvəz et" sözlərinin akronimi; ing."deny, attack, and reverse victim and offender") — seksual cinayətkarlar kimi qanunsuzluq edənlərin davranışlarına görə cavabdeh olmalarına cavab olaraq göstərə biləcəkləri reaksiya.[1] Bəzi tədqiqatçılar bunun psixoloji zorakılıq törədənlərin ümumi manipulyasiya strategiyası olduğunu göstərir.[2][3]
Akronimdən göründüyü kimi, ümumi addımlar aşağıdakılardır:
İstismarçının istismarın baş verdiyini inkar edir;
Sübutlarla qarşılaşdığı halda istismarçı şəxs zorakılığa məruz qalan şəxsə (və/və ya şəxsin ailəsinə və/yaxud dostlarına) təcavüzkarı öz hərəkətlərinə görə məsuliyyətə cəlb etməyə cəhd etdiyi üçün hücum edir;
İstismarçı tərəf, əslində, vəziyyətin qurbanı olduqlarını iddia edir, bununla da qurban və cinayətkarın mövqelərini dəyişdirilir. Bu, çox vaxt təkcə qurban rolunu oynamaq yox, həm də qurbanı günahlandırmaqdan ibarətdir.[2][3]