Demokratik Bölgələr Partiyası (türk. Demokratik Bölgeler Partisi, DBP; kürd. Partiya Herêman a Demokratîk, PHD) — Türkiyədə kürd siyasi partiyası. Azlıqların hüquqlarını müdafiə edən Xalqların Demokratik Partiyası (HDP) DBP-nin qardaş partiyası kimi çıxış edir.
Demokratik Bölgələr Partiyası | |
---|---|
Sədri | Salihə Aydəniz, Keskin Bayındır |
Quruluş tarixi | 11 iyul 2014[1] |
İdeologiya | kürd milliyətçiliyi[d], demokratik sosializm |
İdeoloji spektr | Sol |
Saytı | dbp.org.tr |
Vikianbarda əlaqəli mediafayllar |
2014-cü il bələdiyyə seçkilərindən sonra Xalqların Demokratik Partiyası və kürd tərəfdarı Sülh və Demokratiya Partiyası (BDP) yenidən ortaq bir quruluşda təşkil olunmuşdur. 28 aprel 2014-cü ildə BDP-nin bütün parlament heyəti HDP-yə qoşulmuş, BDP isə yalnız yerli idarəetmə səviyyəsində təmsilçilərə təyin edilmişdir.[2][3] BDP-nin ana partiyası HDP-dən fərqli olaraq, PKK ilə daha yaxın əlaqələrinin olduğu iddia edilmişdir.[4]