DBase

dBase kompüterlər üçün verilənlər bazası ehtiyaclarını ödəmək üçün Ashton Tate tərəfindən buraxılmış inteqrasiya olunmuş verilənlər bazası meneceri olan 4-cü nəsil proqramlaşdırma dili və proqram təminatıdır.

DBase
Loqonun şəkli
Tipi proqramlaşdırma dili
Proqramlaşdırma dili Assembler
Əməliyyat sistemi DOS əməliyyat sistemi
Yayımlanma tarixi 1979
Sonuncu versiya
  • dBASE® 2019.1[1]
Sayt dbase.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Orijinal dBase Wayne Ratliff tərəfindən hazırlanmışdır. 1978-ci ildə Reaktiv Sürmə Laboratoriyasında işləyərkən Ratliff CP/M montaj proqramlaşdırma dili ilə kompüterdə istifadə üçün verilənlər bazası yaratdı. Onun burada məqsədi futbol komandalarının matç nəticələrini izləmək olub. O, daha sonra iş yerində biznes proqramı hazırlayıb və onu "Vulcan" adlandırıb.

1980-ci ilin əvvəlində Ashton-Tate-nin müdiri Corc Tate və Ratliff ilə kommersiya müqaviləsi imzaladı. Vulkanın adı "dBase" olaraq dəyişdirildi və proqram çox qısa müddətdə böyük uğur qazandı.

Proqram təminatında böyük və kiçik hərflər arasında heç bir fərq yoxdur və əmrlərin/funksiyaların ilk dörd hərfini yazmaq kifayətdir. Dəyişənlər on hərfdən çox ola bilməz, lakin istəsən daha uzun yazıla bilər; tərtibçi yalnız ilk on hərfi nəzərə alır. dBase güclü tipli bir dil deyil. Dəyişən istənilən sətirdə müəyyən edilə bilər və onun növü istənilən vaxt dəyişdirilə bilər.

dBase sayəsində əvvəllər yalnız böyük kompüter sistemlərində mümkün olan məlumat proqramları indi kiçik kompüterlərə yayıldı. dBase III+ versiyası öz dövrünün əfsanəsinə çevrildi və proqram tərtibatçıları verilənlər bazası məntiqinin inkişafına və ondan geniş istifadə olunmasına böyük töhfə verdilər.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]