DF-11 aşqarı

ДФ-11 aşqarı - İzobutil və 2-etilheksil spirtlərinin əsasında alınan dialkilditiofosfatın Zn duzunun mineral yağda 50%-li məhluludur.

Tətbiqi[redaktə | mənbəni redaktə et]

ДФ-11 aşqarımaşın yağlarının tərkibində olan yuyucu, disperedici və neytrallaşdırıcı aşqarlarla birlikdə tətbiq olunur. Bu aşqar benzindizel mühərriklərində gedən yeyilmə və oksidləşmə proseslərinə nəzarəti təmin edir. Xüsusən, güclü üfürmə ilə işləyən dizel mühərriklərində daha effektiv təsirə malikdir.

Tətbiqdə miqdarı: 1,0-2,5 kütlə/%

Fiziki-kimyəvi göstəriciləri[redaktə | mənbəni redaktə et]

  • Kinematik özlülük 1000C,mm2/s - 5-10
  • Alışma temperaturu açıq putada,0C - 170
  • Aktiv elementlərin miqdarı:
  • Fosfor, kütlə/% - 4,4-4,9
  • Sink, kütlə/% - 5,0-5,6

ДФ-11 aşqarının təsir mexanizmi[redaktə | mənbəni redaktə et]

Dialkilditiofosfatın Zn duzları yağların yağlayıcı xassələrini yaxşılaşdırmaqla bərabər, oksidləşmə və korrozioyanın əmələ gəlməsinin də qarşısını alır. (ABŞ Patenti 3234270). Polad detalları korroziyadan qorumaq üçün motor yağlarının komposiyalarına bu duzları əlavə etmək tövsiyə olunur. Kompozisiyaların tərkibinə sink naftenat, etilenoksidin aminlərlə kondensasiya məhsulu və fosfor tərkibli karbohidrogen (axırıncı - yuyucu aşqar kimi) daxildir. Metalların ditiofosfat duzlarının xüsusiyyəti ondan ibarətdir ki, bu birləşmələr və onların terniki çevrilməsi nətcəsində alınan məhsullar karbohidrogenlərin oksidləşmə məhsulları ilə qarşılıqlı təsirə girir və nəticədə yeni, oksidləşməyə qarşı xassələrə malik maddələr əmələ gəlir. Dialkilditiofosfatların bəzi metall duzlarının oksidləşməyə qarşı xassələrə malik olduğu onların kimyəvi çevrilməsi nəticəsində alınan aralıq məhsulların əmələ gəlməsi ilə əlaqəlidir. Məsələn, sink ditiofosfatları əvvəl peroksid radikalları ilə qarışıqlı təsirə girir, nəticədə alınan merkaptan, sulfid və disulfidlər hidroperoksidləri parçalayır.

Mənbə[redaktə | mənbəni redaktə et]

  1. kurskhimprom.ru/catalog/avtohimiya/prisadka-df-11