DJ Fateh

Məmmədəli Məmmədov (tam adı: Məmmədəli Nazim oğlu Məmmədov, təxəllüs: DJ Fateh[1];1 fevral 1983, Bakı). Azərbaycan radioaparıcısı, teleaparıcısı, redaktoru və kinossenaristi. Media FM radiostansiyasının keçmiş baş prodüseri, MANPASI səhər şousunun və video layihəsinin aparıcı və yaradıcılarından biri, "Breyn Rinq"[2] və "61" televiziya layihələrinin aparıcısı, "Əlaçı" verilişinin redaktoru, "Oğlan evi 1"[3] və "Oğlan evi 2" filmlərinin ssenari həmmüəllifi.[4] 2018-ci ilin avqustundan İctimai Radionun direktoru vəzifəsində çalışır.[5] Azərbaycan Respublikası Prezidentinin 6 noyabr 2019-cu il tarixli sərəncamına əsasən televiziya və radio sahəsində səmərəli fəaliyyətinə görə Tərəqqi medalına layiq görülmüşdür.[6]

DJ Fateh
Məmmədəli Nazim oğlu Məmmədov
Doğum adı Məmmədov Məmmədəli Nazim oğlu
Doğum tarixi 1 fevral 1983(1983-02-01) (40 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Milliyyəti azərbaycanlı
Vətəndaşlığı SSRİ SSRİ
Azərbaycan Azərbaycan
Atası Nazim Məmmədov
Anası Kəmalə Rəhmanova
Fəaliyyəti radioaparıcı, teleaparıcı, redaktor, kinossenarist
Fəaliyyət illəri 1999-indiyə kimi
Təhsili Azərbaycan Dövlət Neft və Sənaye Universiteti
Mükafatları "Tərəqqi" medalı — 2019
IMDb ID8431232
manpasi.az

Bioqrafiya[redaktə | mənbəni redaktə et]

Məmmədəli Məmmədov 1 fevral 1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1990-cı ildə 42 saylı məktəbə gedən Məmmədəli orta təhsilini əlaçı kimi bitirib. 2000-ci ildə Azərbaycan Dövlət Neft Akademiyasına daxil olmuşdur. 2005-ci ildə ali məktəbi bitirən kimi hərbi xidmətə yollanıb.

Yaradıcılığı və iş fəaliyyəti[redaktə | mənbəni redaktə et]

  • 1999-cu ildə ANS ÇM radiostansiyasında aparıcı kimi fəaliyyətə başlayıb. 2005-ci ilədək ANS Şirkətlər Qrupunda müxtəlif vəzifələrdə çalışıb – aparıcı, baş aparıcı, eyni zamanda, "Elman" jurnalının redaktoru və baş redaktoru vəzifələrini tutub.
  • 2006–2008-ci illərdə AB Standard Şirkətlər Qrupunun ictimaiyyətlə əlaqələr üzrə meneceri, 2008–2010-cu illərdə "Promo-Vision" PR agentliyinin baş direktoru vəzifəsində çalışıb.
  • 2010-cu ildə Media FM radiostansiyasında işləməyə başlayıb. 2017-ci ildən fərdi sahibkar qismində fəaliyyətə başlayıb.
  • 2015 və 2016-cı illərdə "Kintamani film" tərəfindən istehsal edilmiş İlham Qasımovun "Oğlan evi" və Oğlan evi 2" filmlərinin ssenari həmmüəllifi olub.
  • 2017-ci ildə keçirilən ilk BOMBA sosial media mükafatının təqdimat mərasiminin aparıcılarından və ssenari müəlliflərindən biri olub.
  • 2018-ci ilin avqustundan İctimai Radionun proqram direktorluğu departamentinin direktorudur.

MANPASI[redaktə | mənbəni redaktə et]

2011-ci ildə Rəvan Bağırovla birgə yaratdıqları MANPASI youtube layihəsi Azərbaycanın həmin dövrdə ən çox izlənilən internet verilişinə çevrilmişdir. İnternet sərhədlərini aşaraq, Media FM radiostansiyasında səhər şousuna çevrilən layihə Azərbaycanda bütün zamanların ən dinlənilən səhər şousuna çevrilmişdir.

TV fəaliyyəti[redaktə | mənbəni redaktə et]

  • 2013-cü ildən "Breyn Rinq" telelahiyəsinin aparıcısıdır. Veriliş "Oyun TV"(Game TV) -nin lisenziyası əsasında AzTV-də yayımlanır.
  • 2015-ci ildən "61!" verilişinin redaktoru, 2017-ci ildən — 2021 sentyabrına qədər isə aparıcısı olmuşdur.
  • 2015-ci ildən "Əlaçı" verilişinin redaktorudur.
  • 2021-ci ildən "Milyonların Şousu" intellektual oyununun aparıcısıdır.

Filmoqrafiya[redaktə | mənbəni redaktə et]

  1. Vəkil hanı? (film, 2011)
  2. Oğlan Evi: Azərbaycansayağı qarət (film, 2015)
  3. Oğlan evi 2 (film, 2016)

İctimai çıxışları[redaktə | mənbəni redaktə et]

2011-ci ildə TEDx Bakı tədbirində "Hər günü fərqli yaşamaq" mövzusunda; 2015-ci ildə Milli Marketinq Forumunda "Karyera" panelində; 2016-cı ildə Rəqəmsal Marketinq Konfransında "Sosial şəbəkələrdə neqativi necə idarə etməli" mövzusunda çıxışı olub.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Arxivlənmiş surət". 2021-08-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-13.
  2. "Arxivlənmiş surət". 2023-02-02 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-13.
  3. "Arxivlənmiş surət". 2021-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-13.
  4. "Arxivlənmiş surət". 2021-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-08-13.
  5. "Arxivlənmiş surət". 2021-08-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-01-04.
  6. "Arxivlənmiş surət". 2021-07-25 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-11-07.