DKNY

Loqosu

DKNY (ing. Donna Karan New York) — Mərkəzi ofisi Nyu-Yorkda yerləşən moda evi və brend. Yaradıcısı amerikalı modelyer-dizayner və sahibkar Donna Karandır.

1984-cü ildə Donna Karan tərəfindən yaradılmışdır.[1]

DKNY eynəyi

Bu brend özündə sadə biçimi, zərifliyi və rahatlığı birləşdirir.[2] Şirkətin əsas xətti qadın geyimləri və aksessuarlardan ibarətdir.[2] Brend geyim, ayaqqabı, çanta, alt paltarı, ev əşyaları, bəzək əşyaları, şərflər, əlcəklər, qayışlar, interyer əşyaları, parfümeriya və kosmetika istehsalı ilə məşğul olur.[2] Moda evi dəb həftələrində mütəmadi olaraq öz kolleksiyalarını nümayiş etdirir.[2] Bu illər ərzində eleqant, klassik və modern üslubun xüsusiyyətlərini özündə birləşdirən marka qadınların hörmətini və sevgisini qazanmağa nail olub.[2] Moda evinin məşhur müştəriləri arasında Demi Mur, Barbara Streyzand, Bill Klinton, Cennifer Lopez və sairləri var.[2]

  1. "lvmh.com - Donna Karan". 2013-09-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-26. (#redundant_parameters); (#redundant_parameters); (#redundant_parameters)
  2. 1 2 3 4 5 6 Aytən. Moda dünyasında inqilab edən amerikalı dizayner – FOTOLAR Arxivləşdirilib 2016-03-10 at the Wayback Machine. publika.az, 25.07.2015  (az.)

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]