Dağıstan və Çeçenistan imamı Şeyx Şamil adına məscid

Şeyx Şamil məscidi və ya Dağıstan və Çeçenistan İmamı Şeyx Şamil adına məscidDağıstanın Mahaçqala şəhərində Lenin Meydanında yerləşən məscid. Dini ibadətgah 2013-2017-ci illər ərzində Dağıstana rəhbərlik etmiş Ramazan Abdulatipovun təşəbüssü ilə 2015-2016-cı illərdə inşa edilmişdir.

Şeyx Şamil məscidi
Dağıstan və Çeçenistan imamı Şeyx Şamil adına məscid
42°59′00″ şm. e. 47°30′20″ ş. u.
Ölkə Rusiya Rusiya
Şəhər Mahaçqala
Yerləşir Lenin meydanı 1
Aidiyyatı Dağıstan Respublikasının Müftiliyi
Tikilmə tarixi 2015 - 2016
Üslubu Dağıstan memarlıq üslubu
Sahəsi 100 m²[1]
Günbəzləri 2
Material kərpic
Vəziyyəti fəaliyyətdədir
KateqoriyaMəscid
Xəritədə yeri
Map

Tikintisi[redaktə | mənbəni redaktə et]

Şeyx Şamil adına məscid Dağıstan Respublikasının rəhbəri Ramazan Abdulatipovun təşəbbüsü ilə tikilib, onun ideyası əsasında hökumət binasının hər iki tərəfində pravoslav kilsəsi və məscid tikilib.[2].

Məscidin tikintisinə 2015-ci ildə başlanılıb. 2016-cı ilin may ayında isə tikinti işləri başa çatdırılıb. Məscidin tikintisi üçün lazım olan maddi vəsait respublika rəhbərinin özü və Dağıstan Respublikasının Müftiliyi tərəfindən ayrılıb.

Məscid Dağıstan aid memarlıq üslubunda tikilib və onu yalnız ayparanın yanında yerləşən məbəddən ayırd edə bilərsiniz.

Xüsusiyyətləri[redaktə | mənbəni redaktə et]

Məscidin inşasında Dərbənddən gətirilmiş kərpicdən istifadə olunub. Məscid minarəsiz ikimərtəbəli kvadrat tikilidir. Məscidin zirzəmisi də mövcuddur. Birinci mərtəbədə hündürlüyü 7 metr olan günbəzi var. Hər iki mərtəbə kişi ibadət edənlərinə həsr olunub. Günbəzin hündürlüyü 10 metr, diametri isə 8 metrdir. Məscidin damı mavi rəngə boyanmışdır. Binanın ümumi sahəsi isə 100 m²-dir. Məscidin ümumi tutumu 150 nəfərdir. Birinci mərtəbədə məscidin interyerlərindəki bütün naxışlar Rusiya müsəlmanları məktəbinin ənənələrinə uyğun işlənilib. Günbəzin içərisində tavanlar və divarlar Quran ayələri (mətnləri) ilə zərli boya ilə boyanmışdır. Məscid divar lampaları ilə işıqlandırılır.

Açılışı[redaktə | mənbəni redaktə et]

Məscidin açılış mərasimi 28 may 2016-cı il, cümə günü yüksək səviyyəli rəsmi şəxslərin iştirakı ilə baş tutmuşdur. Belə ki, rəsmi tədbirdə Respublika başçısı Ramazan Abdulatipov, Rusiya Federasiyası Prezidentinin Şimali Qafqaz Federal Dairəsindəki səlahiyyətli nümayəndəsi Sergey Məlikov, müfti Əhməd Abdulayev, Mahacqala Bələdiyyə Başçısı Musa Musayev, Mahaçqala yeparxiyasının və respublikanın yəhudi icmasının nümayəndələri iştirak edib.[3]

İstinadlar[redaktə | mənbəni redaktə et]

  1. "Муфтий РД принял участие в открытии мечети имени Имама Шамиля". 2016-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-24.
  2. Торжественное открытие храма в честь святого равноапостольного великого князя Владимира состоялось в Махачкале[ölü keçid]
  3. "В Махачкале началась церемония открытия мечети имени имама Дагестана и Чечни, шейха Шамиля". 2016-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-10-24.

Xarici keçidlər[redaktə | mənbəni redaktə et]

В Махачкале началась церемония открытия мечети имени имама Дагестана и Чечни, шейха Шамиля