Dağ badamı (lat. Amygdalus fenzliana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin gavalı cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilmək təhlükəsində olanlar" kateqoriyasına aiddir –EN A2abc+3c. Azərbaycanın nadir növüdür.
Dağ badamı | ||||
---|---|---|---|---|
Elmi təsnifat | ||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Cins: Növ: Dağ badamı |
||||
Beynəlxalq elmi adı | ||||
|
||||
|
4 m-ə qədər hündürlüyündə, yerə sərilmiş geniş çətirli, ağac və ya koldur, budaqların sonu tikanlıdır. Yarpaqlar qısa saplaqlı 1,5 sm-ə qədər uzunluğunda, kənarları elllipsvari neştərşəkilli, mişarşəkilli dairəvi və pazşəkillidir. Əsası çılpaq, dairəvi,Yarpaqlar üstdən yaşıl, alt hissədə isə solğun-yaşıl olur, ortadan görüən damarlı, 6-8 sm uzunluğundadır. Kasa yarpağının borucuğu zəngvari, qırmızımtıldır. Çiçəkləri birdən beşə qədər olub, qırmızımtıl rəngdə olur. Ləçəkləri çəhrayı rəngli və təxminən yumrudur. Meyvə dairəvi, məxməri, tək oturaqdır. Toxumu oval, yana brkidilmiş, təpə issəsi iti və ya ket, 2 sm-ə qədər uzunluğunda, demək olar ki, hamardır.
Quru qayalı yamaclarda və kollarda, Naxçıvanın orta dağ qurşaqlarında, cəngəlliklərdə yayılıb. Çiçəkləməsi aprel, meyvələməsi sentyabr aylarına təsadüf edir. Çoxalması toxumladır. Kriptofitdir. Dekoratvi bitkidir. Quraqlıq yerlərdə yaşıllaşdırılmada istifadə oluna bilər.
Otarılma və tapdalanma nəticəsində yaşama ərazisi məhdudlaşır.
Yayılma yerlərində antropogen təsirlərin qarşısının alınması üçün yasaqlıqların yaradılması təklif olunur, yeni yayılma sahələri axtarılmalıdır.
Azərbaycan, Türkiyə və İranda təbii arealı vardır.
Talış bölgəsində, Alazan Əyriçay çökəkliyində, Naxçıvan MR-nın dağ və düzənliyində, Kür-Araz ovalığında (Diabar) rast gəlinir. Kür düzənliyi, Kiçik Qafqazın şimal və cənub hissəsi, Naxçıvanın dağlıq hissəsi, Diabardır.
Populyasiyanın təbii bərpası azalır, ətraf mühitin mənfi təsirlərinə həssaslıq müşahidə olunur .
Otarılma və tapdalanma nəticəsində yaşama ərazisi məhdudlaşır.