Dağ gölü – əsasən tektonik, uçqun-bənd və buzlaq mənşəli olur. Tektonik göllər dağəmələgəlmə prosesləri nəticəsində Yer qabığının qırışması və sınması ilə əlaqədar olaraq əmələ gəlir, bu cür göllər adətən dərin olur. Məsələn, Baykal gölü (dərinliyi 1620 m), Tanqanika və s. Dağlıq yerlərdə bənd gölləri dağ uçqunu zamanı süxurların çay dərəsini qismən doldurması nəticəsində əmələ gəlmişdir. 1139-cu ildə şiddətli zəlzələ zamanı Kəpəz dağının bir hissəsi uçub Ağsu çayının dərəsində bəndələr yaratmış və nəticədə dərinliyi 90 m çatan gözəl Göygöl meydana gəlmişdir.[1]