Dağ mahmızlaləsi (lat. Corydalis alpestris) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin xaşxaşkimilər fəsiləsinin mahmızlalə cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür.
Dağ mahmızlaləsi | ||||||
---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||
Domen: Klad: Ranqsız: Aləm: Klad: Klad: Klad: Klad: Klad: Klad: Klad: Dəstə: Fəsilə: Yarımfəsilə: Triba: Yarımtriba: Cins: Növ: Dağ mahmızlaləsi |
||||||
Beynəlxalq elmi adı | ||||||
|
Çoxillik ot bitkisidir. Gövdə sadə və ya budaqlıdır, 5-15 sm hündürlükdə, aşağı hissədə pulcuqlu, 2-3 yarpaqlıdır. Bu yarpaqlar uzun saplaqlı, üçbölümlü, yuxarı yarpaqlar oturaq, kiçilmişdir. Çiçəklər 2-5 ədəd olmaqla kiçik başcığa toplanmışdır. Çiçək tacı göyümtül, bəzən çəhrayi-bənövşəyi, çox nadir halarda ağımtıl, 15-20 mm uzunluqda, düz, küt, 1,5 dəfə yarpaq ayasından uzundur. Qutucuq 10-15 (5) mm uzunluğunda, uzunsov və ya xətvari-ellipsşəkillidir.
Çiçəkləməsi iyun, meyvə verməsi iyul-avqust aylarına təsadüf edir. Yüksək dağ və alp qurşaqlarında rast gəlinir.
Böyük Qafqazın Quba sahəsi və qərb hissəsi, Kiçik Qafqazın şimal və mərkəzi hissələri, Naxçıvanın dağlıq hissəsi.
Populyasiyanın vəziyyətinin və təbii bərpasının, ətraf mühit amillərinin dəyişilməsindən və antropogen təsirlərdən asılıllığı müşahidə olunur.
Antropogen amillər (əsasən otlaqların sistemsiz otarılması) və iqlim dəyişilmələri.
Yayıldığı ərazilərdə yasaqlıqların təşkil edilməsi və növün monitorinqinin aparılması, toxumlarının yığılması təklif olunur.