Daş Ağlayan məscidi

Daş Ağlayan məscidiİran Azərbaycanının Qərbi Azərbaycan ostanının Xoy şəhristanının Xoy şəhərində yerləşən məscid. Məsciddə 2023-cü ildə təmir işləri aparılmışdır.[3]

Daş Ağlayan məscidi
Xəritə
38°33′17″ şm. e. 44°57′51″ ş. u.
Ölkə  İran
Şəhər Xoy
Yerləşir Xoy
Aidiyyatı Qacar dövləti
Sahəsi
Material daş[d][1][2], kərpic[1][2][…], ağac[1][2][…]
Vəziyyəti fəaliyyət göstərir
KateqoriyaMəscid
Daş Ağlayan məscidi (İran)
Daş Ağlayan məscidi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Rəvayətə görə məscidin yerləşdiyi ərazi vaxtilə bir seyidin evi olmuşdur. Bir il Aşura gecəsində həmin seyid yuxuda bir neçə qara paltarlı qadının evinin həyətində və oradakı bir daşın ətrafında əzadarlıq etdiyini görür. Seyid yuxudan oyanıb həmin daşdan axan yaş və ya şu damcılarının şahidi olur. Öz yuxusunu dini bir alimə söyləyən seyid onun tərəfindən yuxuaunun sadiq yüzü olduğunu anlayıb da öz razılığıyla evini məscidə çevirib və ağlayan daşı orada saxlayır. Yerlilər tərəfindən müqəddəs sayılan bu daş hal hazırda məscidin zərihində bir yaşıl parçanın içində yerləşir.[4]

Məscid binasının sahəsi təxminən dörd yüz kvadratmetrdir. Bu məscidin damının taxta sütunsuz olması bu məscidin memarlıq xüsusiyyətlərindən biri hesab olunur. Bu məscidin dam örtüyü dörd taxta dirəyi ilə örtülmüşdür. Sütunların başları oyulmuşdur. Məscidin eyvanının və rivağının sütunları üç hissəyə bölünüb. Sütunların ortasında bu cümləni görmək olar: “Həzrət Müstətab Əcl Mövlana Əlhac Şeyx Əbdül-Vəhhab Əl-Namazi Daməhbərəkate-nin xeyir-duasından” ki yəqin onun inşası və ya təmiri və ya sonradan yenidən qurulması tarixidir əhəng və qum məhlulu ilə yığılmışdır. Həmçinin məscidin həyətə baxan qapısı və böyük pəncərəsində Qurani-Kərim ayələri ilə gözəl kirəmitlər vurulub. Binanın memarı öz zövqünün və sənətinin böyük hissəsini məsciddə tağ və bünövrənin və ayparanın kərpicdən bəzədilməsində göstərmişdir. Bu qapının üstündə təqribən 90x60 sm ölçülərdə, dörd sütunda yazılar olan lövhə var və təəssüf ki, aşınmaya görə oxunmur.[5]

  1. 1 2 3 4 https://iqna.ir/fa/news/2023690/آشنايی-با-مسجد-داش-آغليان-خوی-.
  2. 1 2 3 https://www.dana.ir/news/138403.html/مسجد-داش-آغلیان---یکی-از-قطبهای-فرهنگی-شهر-خوی.
  3. Xoy şəhərinin Daş Ağlayan məscidi təmir olunur
  4. Daş Ağlayan məscidini tanıyaq
  5. [istta.ir/pages/fa/attractionsdetails/6532/مسجد-داش-آغلیان-خوی Xoy şəhərinin Daş Ağlayan məscidi]