Aşura

Aşura günüMəhərrəm ayının 10-cu günü. Matəm günü. İmam Hüseynin, onun ailə üzvlərinin və tərəfdarlarının qətl olunduğu gün.[1]

Hicri təqvimi ilə 61-ci ildə İmam Hüseyn və silahdaşlarının Kərbəlada şəhid edildiyi gün. Şiələr bu günü yas günü kimi qəbul edirlər və əzadarlıq edirlər.

Şeyx Abbas Qumi "Məfatihul-cinan" kitabında deyir: «Məhərrəm ayının onuncu günü İmam Hüseynin şəhadət günüdür. Əhli-Beyt və onların şiələri üçün kədər gündür. Şiələrin bu gün dünya işləri ilə məşğul olmamaları, yas saxlamaları və Aşura ziyarətini yerinə yetirmələri yaxşıdır.»[2]

Aşura aşağıdakı bölgələrdə rəsmi tətildir:

Bölgənin adı Tətil sayı
İraq İki gün
Pakistan İki gün
İran İki gün
Hind İki gün
Bəhreyn İki gün
Türkiyə bir gün
Livan bir gün
Əfqanıstan bir gün
Banqladeş bir gün
Əlcəzair bir gün
İraq Kürdüstanı bir gün
Hamburq bir gün
Bremen bir gün
Marneuli bir gün
  1. Nəriman Seyidəliyev. Dini terminlər lüğəti, Bakı, "Bilik", 1996, səh. 96
  2. "Aşura nədir?". www.bbc.com. 2024-07-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-14.