Daş Körpü (Tartu)

Daş Körpü (Tartu) — Estoniyanın Tartu şəhərində Emajogi çayı üzərində qorunmamış daş körpü[1]. Livoniyadakı ilk daş körpü, erkən klassik dövrün əhəmiyyətli memarlıq əsəri.

Daş Körpü
Xəritə
58°22′50″ şm. e. 26°43′33″ ş. u.HGYO
Keçid Emajogi çayı
Yeri
Tikintinin başlanma tarixi 1779
Tikintinin bitmə tarixi 1784
Açılışı 1784
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Daş körpü 1775-ci ildə Tartuda baş vermiş böyük yanğından sonra general qubernator Yuri Yuryeviç Brounun təşəbbüsü ilə tikilmişdir. Layihənin müəllifləri İohan Zaklovski və İ. Ziqfriedendir. Körpünün daşları ağır əmək üçün Estoniyaya sürülmüş Puqaçov üsyanının iştirakçıları tərəfindən yonulub. Tikinti 1779-cu ildə başladı və 1784-cü ildə tamamlandı. Körpü 1784-cü il sentyabrın 16-da açılmışdır.[2] Körpünün mərkəzi hissəsi antikvarı xatırladan zəfər tağları ilə bəzədilmişdir. Körpü Tartu şəhərinin mərkəzi meydanının tarixi ansamblının kompozisiyasının əsas elementlərindən biri idi. Körpü meydanın uzununa oxunda yerləşərək ona bir növ təntənəli giriş kimi xidmət edirdi.[3] 9 iyul 1941-ci ildə körpü geri çəkilən rus qoşunları tərəfindən partladıldı. Bu gün onun yerində Kaarsild adlı başqa bir körpü dayanır.[4] Hazırda Daş körpünün bərpası planlaşdırılır.[5][6]

  1. "Kivisild". Tartu linn (eston). 2021-07-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 December 2020.
  2. Вахтре Л. История эстонской культуры: краткий обзор. Институт Я. Тыниссона. 1994. 95.
  3. Пуллат Р. Н., Тарвел Э. В. История города Тарту. Таллин: Ээсти раамат. 1980. 54.
  4. "The Kivisild stone bridge will rise again". 2022-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-23.
  5. Раам В. В. Архитектурные памятники Эстонии. Л.: Искусство. Ленинградское отделение. 1974. 224.
  6. "Hüvasti, Kivisild! Igaveseks?". Tartu Postimees (eston). 16 November 2015. 2021-06-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 December 2020.